"Çingiz dastanı"

Azərbaycanın Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayev haqqında yeni kitab nəşr olunub. Kitabın müəllifi pedaqogika üzrə fəlsəfə doktoru Əziz Musadır. "Çingiz dastanı" adlanan kitabda "Çingizin son məktubu", "Son döyüş" kimi bölmələr yer alıb. Əsər tarixi hadisələr, faktlar əsasında yazılıb.

{nl}

1990-cı illərdə ermənilərin xalqımıza qarşı törətdiyi qanlı fəlakətlər, XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı və Çingizin bu hadisələri lentə alaraq ictimaiyyətə çatdırması kitabda öz əksini geniş şəkildə tapıb. Yazıçı tarixi hadisələri obyektivliklə təsvir edir. 1991-ci ilin noyabr ayında baş verən vertolyot qəzası, jurnalistin hadisə yerinə gələrək baş verənləri videolentə alması, dünya ictimaiyyətinə çatdırması tariximizin mürəkkəb bir dövrünün real mənzərəsini canlandırır.

{nl}

Yazıçı əsərində Çingizin uşaqlıq illəri, onun xarakteri, Vətənə sonsuz sevgisi barədə oxucuları məlumatlandıraraq qəhrəmanın dili ilə deyir: "Atacan, dərk edə bilmədiyim munis hisləri, aliliyi, yaxşılığı, mərdliyi, Vətən üçün Vətən daşı olmağı səndən öyrənmişəm. Hələ uşaq ikən sənin mənə öyrətdiyin bir şeiri xatırlayıram: "Hardan başlayır Vətən?"...

{nl}

Çingiz Mustafayev 1992-ci ilin 15 iyununda Ağdam uğrunda gedən döyüşlərdə vəzifə borcunu yerinə yetirərkən şəhid olmuşdur. Ölümündən sonra - 1992-ci il noyabrın 6-da Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.

{nl}

Ayşə İSAZADƏ, BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında