Moskvada Ümumdünya Media Sammiti işə başlamışdır

Rusiyanın İTAR-TASS informasiya agentliyinin himayəsi ilə Beynəlxalq Ticarət Mərkəzinin konqres salonunda "Dünya mediası: XXI əsrin çağırışları" devizi altında Ümumdünya Media Sammiti işə başlamışdır. Zirvə görüşündə dünyanın 102 ölkəsindən 213 kütləvi informasiya vasitəsini təmsil edən 300-dən çox top-menecer iştirak edir.
Sammitin işində Azərbaycanın aparıcı KİV nümayəndələri də iştirak edirlər. Nümayəndə heyətinə Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın baş direktoru Aslan Aslanov başçılıq edir.
Moskva forumu 2004-cü ildə Rusiya paytaxtında informasiya agentliklərinin Ümumdünya Konqresində və 2009-cu ildə Pekində Ümumdünya Media Sammitində başlanmış söhbətin davamı olacaqdır. Zirvə görüşündə doqquz beynəlxalq qurumun, o cümlədən UNESCO-nun rəhbərləri, habelə Avropa Parlamentinin nümayəndə heyətləri iştirak edirlər.
İTAR-TASS-ın baş direktoru, Ümumdünya Media Sammitinin prezidenti Vitali İqnatenko forumu açaraq Rusiya Prezidenti Vladimir Putinin zirvə görüşünün iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxumuşdur. Müraciətdə bildirilir ki, müasir dövrün aktual və kəskin problemlərinin müzakirə olunduğu forum mötəbər ictimai tribuna qismində öz nüfuzunu möhkəmləndirir. Həmin problemlərin həllində kütləvi informasiya vasitələrinin həmrəy mövqeyi əhəmiyyətli, həqiqətən nadir rol oynamağa qabildir və oynamalıdır. Rusiya dövlətinin başçısının müraciətində deyilir: "Məhz qəzet və telekanallardan tutmuş elektron KİV və internetədək müxtəlif çeşidli informasiya resursları dünya siyasətinin və iqtisadiyyatının, həyatın bütün sahələrinin bu gününü və sabahını bir çox mənada müəyyən edir. Bu rol yüksək peşəkarlıq və vətəndaşlıq məsuliyyəti, mənəvi məsuliyyət tələb edir".
Rusiyanın Baş naziri Dmitri Medvedevin təbrik məktubunu RF-nin rabitə, kommunikasiya və informasiya texnologiyaları naziri Nikolay Nikifirov oxumuşdur.
BMT-nin baş katibi Pan Gi Mun zirvə görüşü iştirakçılarını video-müraciətlə təbrik etmişdir.
RF Dövlət Dumasının sədri Sergey Narışkin çıxışında KİV bu gününü və gələcəyini necə gördüyündən və həmin prosesdə parlamentarizmin əhəmiyyətli rolundan söz açmışdır. Müasir KİV aktual məsələlərinə toxunan S.Narışkin RF-də mühüm siyasi islahatlardan, MDB məkanında inteqrasiya proseslərindən danışmışdır. Onun fikrincə, bütün bunları dünya KİV-ində dürüst və obyektiv işıqlandırmaq lazımdır.
Çinin Sinxua agentliyinin prezidenti Li Suntszyun, "Röyter" agentliyinin prezidenti Syuzan Teylor Martin və başqaları forumda çıxış etmişlər.
Elə həmin gün "Elektron KİV: modellərin müxtəlifliyi, yoxsa dünyanın informasiya üzərində inhisarı?", "Sosial media və internet: kütləvi manipulyasiya, yoxsa cəmiyyətin inteqrasiyası vasitələri?" və "Dəyişən dünyada jurnalist etikası: yol verilən hədlər və jurnalistin hüquqları" mövzularında bölmə iclasları keçiriləcəkdir.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında