Qardaşlaşmış rayonlar uğurlu əməkdaşlığa start verdilər

Bu günlərdə Bakı şəhərinin Xətai rayonu ilə Minsk şəhərinin Leninsk rayonu arasında iqtisadi-ticarət, mədəni və elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb.Bu münasibətlə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərində rəsmi səfərdə olmuşdur.

{nl}

Xətai Rayon İcra hakimiyyətinin nümayəhdə heyətini Minsk şəhərində böyük mehribanlıqla qarşılayan Leninsk Rayon İcra Hakimiyyətinin başçısı Valeri Kuleş son illər Azərbaycanla Belarus arasıda durmadan inkişaf edən dostluq əlaqələrindən söhbət açdı. Belarus dövlətinin bölgədə lider dövlətə çevrilən Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu nəzərə çatdıran Valeri Kuleş Xətai rayonu ilə Leninsk rayonu arasında qardaşlıq tellərinin qurulmasını ölkələrimizin və xalqlarımızın möhkəm dostluq əlaqələrinin inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu vurğuladı.

{nl}

Tədbirdə Belarus Respublikasının dövlət müstəqilliyi günü münasibəti ilə Leninsk Rayon İcra Hakimiyyətinin nümayəndələrini təbrik edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Belarus dostluq münasibətlərinin bu gün Prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko tərəfindən uğurla davam etdirildiyindən danışdı. Sonra R.Məmmədov ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən Xətai rayonunda həyata keçirilən qlobal infrastruktur layihələri haqqında belarus həmkarlarına ətraflı məlumat verdi və bildirdi ki, bu baxımdan Xətai rayonu ilə Leninisk rayonunun istehsal müəssisələri, elm və təhsil ocaqları, o cümlədən, iş adamları arasında sıx əməkdaşlığın yaradalması gələcəkdə səmərəli nəticələr verəcəyinə əmindir.

{nl}

Tədbirdə Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə, Milli Məclisin üzvü Hüseynbala Mirələmov, Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov və digər çıxış edənlər son illər Azərbaycanla Belarusun müxtəlif şəhər və rayonları arasında ikitərəfli əməkdaşlığa dair imzalanan müqavilələrin tarixi əhəmiyyətindən danışdılar. Sonra təbdirə qatılanlar Leninsk rayonunun sosial-iqtisadi, ictimai, mədəni həyatını özündə əks etdirən filmə tamaşa etdilər. Görüşlərdə qardaşlıq əlaqələrinin qurulmasında maraqlı olan hər iki rayonun oxşar istehsal müəssisələri arasında birgə əməkdaşlığın qurulması perspektivləri müzakirə olundu. Görüş zamanı Azərbaycanla istənilən iqtisadi işbirliyində maraqlı olduqlarını bildirən Leninsk rayonunun iş adamları, idarə və müəssisə rəhbərləri hər iki rayon arasında qurulan qardaşlıq əlaqələrinin gələcəkdə regional əməkdaşlığın inkişafına əsaslı təkan verəcəyinə əmin olduqlarını vurğuladılar. Sonra Xətai və Leninsk rayonlarının icra başçıları ikitərəfli iqtisadi, ticarət, elmi, mədəni əməkdaşlığa dair müqavilə imzaladılar. Tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim etməklə qardaşlaşmış rayonların gələcək əməkdaşlığına uğurlar arzuladılar.

{nl}

Səfər çərçivəsində Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Belarus Respublikasının müstəqillik gününə həsr olunmuş təntənəli mərasimlərdə də iştirak etmişlər.

{nl}

İlqar RÜSTƏMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında