Şəhidlərin xatirəsinə ehtiram (05.07.2012)

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy iyulun 5-də Şəhidlər Xiyabanını ziyarət etmişdir.

{nl}

Burada hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

{nl}

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.

{nl}

Herman Van Rompuy "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

{nl}

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Avropa İttifaqının himni və Azərbaycanın dövlət himni səsləndi.

{nl}

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər Xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verildi.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında