Azərbaycan kitabı beynəlxalq müsabiqədə qalib oldu

Moskvada keçirilən MDB ölkələrinin VII Beynəlxalq "Kitab Sənəti" müsabiqəsi öz işini başa çatdırıb. Müsabiqədə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri, əməkdar incəsəənət xadimi, tanınmış şair Çingiz Əlioğlu iştirak edib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Müsabiqədə Azərbaycan kitabı ilk dəfə olaraq, MDB ölkələrinin VII Beynəlxalq "Kitab Sənəti" müsabiqəsinin Qran Prisinə layiq görülüb. Bu, "Təhsil" nəşriyyatında çap olunan "Çərçivə" kitabıdır.
Çingiz müəllim bildirib ki, MDB İcraiyyə Komitəsinin nəzdində fəaliyyət göstərən MDB ölkələri "Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə" Dövlətlərarası Şurasının təşəbbüsü ilə keçirilən "Kitab sənəti" beynəlxalq müsabiqəsində ötən il Latviya və Litva respublikaları iştirak etmişdi. Bu il Estoniya da müsabiqəyə qatıldı. Artıq yeddinci dəfə keçirilən bu müsabiqədə Azərbaycan hər il iştirak edir, müxtəlif diplom və mükafatlarla Vətənə dönür. İndiyədək Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun nəşrləri, eyni zamanda "Təhsil", "Aspoliqraf", "Çinar-çap", "Tutu" və digər nəşriyyatlar tərəfindən çap edilən kitablar müxtəlif nominasaiyalar üzrə birinci, ikinci, üçüncü mükafatlara layiq görülüb. Bu ənənənin bünövrəsi Yaqub Mahmudov və Kərim Şükürovun "Təhsil" nəşriyyatında çap olunan "Qarabağ - real tarix, faktlar və sənədlər" kitabı ilə qoyulub. Bu il isə uğurlarımızın yekunu olaraq mükafatın Qran Prisini qazandıq.
Müsabiqəyə 10 dövlətdən olan nəşriyyatlar 155 kitab təqdim etmişlər. Müsabiqənin qaydalarına uyğun olaraq, münsiflər bütün kitabları gözdən keçiriblər və gizli səsvermə yolu ilə 9 nominasiyanın hər birinə 6 kitab seçərək 54 kitabdan ibarət "qısa siyahı"nı tərtib ediblər.
"Mədəniyyət və Turizm Nazirliyinin "Əfəndi" nəşriyyatı ilə birgə layihəsi olan "Mədəniyyət" kataloqu 36 bal toplayaraq "Bizim müasirimiz" nominasiyasında üçüncü yerə layiq görüldü. Qeyd edim ki, bu nominasiyada olduqca zəngin nəşrlər var idi. Azərbaycan, rus və ingilis dillərində nəşr edilən "Mədəniyyət" kataloqunun tərtibatı, orijinallığı, mədəni həyatı dolğun ehtiva etməsi münsiflərin diqqətindən yayınmamışdı.
"Kitab sənəti-2010" müsabiqəsinin Qran Prisinə layiq görülən "Çərçivə" kitabının müəllifi isə Çingiz Əlioğludur. Kitabda şair Çingiz Əlioğlunun müxtəlif vaxtlarda qələmə aldığı şeirlər və fotoşəkillər toplanıb. Buradakı fotoların bədii baxımdan yüksək səviyyədə olması kitabın zövqlü tərtibatını ustalıqla tamamlayır və onu mükəmməl yaradıcılıq əsərinə çevirir.
2 min nüsxə tirajla buraxılmış "Çərçivə" kitabında Çingiz müəllimin müxtəlif dillərə tərcümə olunan şeirləri, ona həsr olunan şeirlər, məşhur şəxslərin öz dəsti-xətti ilə yazdığı məktubların fotosurəti, şairin özünün çəkdiyi fotolar və başqa maraqlı materiallar toplanıb. Kitab Ç.Əlioğlunun maraqlı ömür yolunu müxtəlif bədii versiyalarla göz önündə canlandırır.
Azərbaycan kitabının bu uğuru şübhəsiz ki, bütün kitabsevərlərin qəlbində Azərbaycan kitab mədəniyyətinin daha da tərəqqi edib dünya mədəniyyətinin ayrılmaz hissəsinə çevriləcəyinə möhkəm inam yaradır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında