Xarici xəbərlər (05.07.2012)

ABŞ
Agentliyin açıqlaması

2011-ci maliyyə ilində ABŞ hökuməti məxfi informasiyaların qorunmasına 11,36 milyard dollar sərf edib. Açıqlamanı İnformasiyaların qorunmasına nəzarət üzrə dövlət agentliyi verib. Bildirilib ki, son 10 ildə bu sahəyə xərclənən vəsait iki dəfə artıb.
Xəbəri Röyter agentliyi verib.

{nl}

Ən çox qazanan kino aktyoru
Hollivud "ulduzu" Tom Kruz dünyada ən çox qazanan kino aktyorudur. Son bir ildə o 75 milyon dollar gəlir əldə edib. Aktyorun ən yüksək qazancı "Missiyanı icra etmək mümkün deyil" seriyasından olan filmlərdəki roluna görə olub. Həmin seriyanın son filmi prokatda 700 milyondan çox vəsait toplayıb.
Məlumatı CNN verib.

{nl}

Rusiya
İkinci iri silah ixracatçısı

2012-ci ilin birinci yarısında Rusiya xaricə 6,5 milyard dollar həcmində silah və hərbi texnika satıb. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur. Qeyd edək ki, Rusiya hazırda dünyada ABŞ-dan sonra ikinci iri silah ixracatçısıdır.
İnformasiyanı "İnterfaks" agentliyi verib.

{nl}

Böyük Britaniya
Rəsm 35, 2 milyon dollara satıldı

"Kristi" hərracında məşhur ingilis rəssamı Con Konsteblin "Bənd" əsəri 22 milyon 441 min funt sterlinqə ( 35,2 milyon dollar ) satılıb. Bu, həmin rəssamın indiyə qədər ən baha qiymətə satılmış əsəridir. Satışa qədər "Bənd"in son sahibi ispaniyalı baronessa Karmen Tissen-Bornemissa olub.
Xəbəri BBC yayıb.

{nl}

İtaliya
Sercio Pininfarina vəfat edib

Məşhur avtomobil dizayneri Sercio Pininfarina 85 yaşında Turində vəfat edib. Onun kompaniyası bir sıra avtomobil markalarının , o cümlədən "Ferrari", "Alfa Romeo", "Kadillak", "Honda"nın dizaynını həyata keçirib. Pininfarina 1988-1992-ci illərdə İtaliya İşəgötürənlər Federasiyasının prezidenti olub. 2005-ci ildə ona İtaliya Respublikasının ömürlük senatoru adı verilmişdi.
Məlumatı "Alman dalğası" yayıb.

{nl}

İspaniya
Polis əməliyyatı

Polis narkomafiyaya qarşı uğurlu əməliyyat keçirib. Alikante şəhəri yaxınlığındakı aksiya nəticəsində 2,8 ton narkotik maddə müsadirə edilib. Əməliyyat zamanı 15 nəfər saxlanılıb. Narkotikin Mərakeşdən gətirildiyi bildirilib.
İnformasiyanı BBC yayıb.

{nl}

Hazırladı: Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında