Binəqədidə gənclərlə görüş

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun rayon gəncləri ilə görüşü keçirilmişdir. "Dəyirmi masa"nı giriş sözü ilə açan X. İsgəndərov bu gün dövlət tərəfindən gənclər sahəsinə göstərilən həssas münasibətdən danışmışdır.

{nl}

Vurğulamışdır ki, ölkəmizdə hər bir sahədə uğurların əldə edilməsində gəncliyin xüsusi rolu var. Çünki gənclər Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı ilə cəmiyyətin bütün sferalarında nəinki təmsil olunur, artıq onlar aparıcı qüvvəyə çevrilmişlər. Son bir neçə ildə gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiqləməsinə şərait yaratmışdır.

{nl}

100-dən artıq gəncin iştirak etdiyi "dəyirmi masa" diskussiya formasında reallaşmışdır. Gənclər tərəfindən verilən təklif və sualları rayon icra hakimiyyətinin (RİH) başçısı cavablandıraraq, qaldırılan problemlərin həll olunacağına, onların RİH tərəfindən dəstəklənəcəyinə və hər cür şərait yaradılacağına söz vermişdir. Gənclər isə göstərilən qayğıdan məmnun olduqlarını və üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildirmişlər. Tədbirin rəsmi hissəsindən sonra gənclər üçün nahar yeməyi və əyləncə təşkil olunmuşdur.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında