Replika. Astarı üzündən baha

"Samsung" firmasının istehsalı olan mobil telefonumun enerji qəbul edən hissəsində problem yaranmışdı. İyunun 14-də firmanın Rəşid Behbudov küçəsindəki servis mərkəzinə müraciət etdim. İnsafən, məni diqqətlə dinləyib 030511 nömrəli qəbz yazdılar. Redaksiyanın əlaqə telefonlarını götürüb dedilər ki, sizinlə əlaqə saxlayıb təmirin qiymətini deyəcəklər. Əgər məzənnə ilə razı olsanız, telefon təmir ediləcəkdir. 
İki gün gözlədim. Servis mərkəzindən səs-soraq çıxmadı. Naəlac qalıb özüm əlaqə yaratdım. Mərkəzin əməkdaşı olan qız dedi ki, darıxmayın, növbəniz hələ çatmayıb. Daha iki gün keçdi. Servis mərkəzinə zəng çaldım, redaksiyadan narahat etdiyimi bildirdim. Yenə həmin qız məni qabaqlayaraq: - Əl telefonunuza zəng ediblər, cavab verməmisiniz, - dedi.
- Axı, əl telefonum sizə təmirə verilib.
- Onda gözləyin.
Bir azdan həmin qız telefonun təmiri üçün elə qiymət söylədi ki, astarı üzündən baha çıxdı (qırx bir manat). Dörd gün servis mərkəzində yatıb qalan telefonumu geri götürdüm.
- Sağ olsun usta Zeyqəmi. Bülbül prospektindəki mobil telefon təmiri mərkəzinin gənc ustası Zeyqəm Hüseynovu deyirəm. On dəqiqə ərzində telefonumdakı nasazlığı aradan qaldırdı. Özü də "Samsung"un servis mərkəzində deyilən qiymətdən üç dəfə ucuz.
Başıma gələnləri dostum, əməkdar jurnalist Oqtay Cəfərova danışdım. Dedi ki, sən yaxşı qurtarmısan. "Nokia" markalı telefonumun batareyasını dəyişmək üçün Neft Akademiyasının yanındakı mağazada məndən 20 manat aldılar.
İndi oturub fikirləşirəm: Görəsən, nəcib məqsədlə yaradılan servis mərkəzlərinin fəaliyyətinə nəzarət edən bir təşkilat varmı?! "Azərcell"dən bildirdilər ki, biz yalnız mobil telefonlara nömrə verməklə məşğuluq. Təmir-servis mərkəzlərinə mənsub olduqları firmalar cavabdehdir. Yəqin ki, "Samsung" firmasının rəhbərliyi tabeliyindəki təmir-servis mərkəzində müştərilərə göstərilən xidmətin keyfiyyətini yüksəltmək üçün təsirli tədbirlər görəcəkdir.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında