Əməkdaşlıq. Nadajın - Mərdəkan qardaşlaşmasının təməli qoyuldu

21-27 iyun 2012-ci il tarixlərində Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Polşa Respublikası Pruşkuv rayonunun Nadajın qəsəbələrinin qardaşlaşması məqsədi ilə Azərbaycandan 9 nəfərlik nümayəndə heyəti Polşaya səfər etmişdir. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Nadajın qəsəbəsinə səfər çərçivəsində bir sıra görüşlər keçirmişlər.
Nümayəndə heyəti əvvəlcə Nadajın qəsəbəsində yerləşən II İohan Pavel adına gimnaziya ilə tanış olmuşdur. Qonaqlar müxtəlif dərnəklərdə fəaliyyət göstərən şagirdlərin əl işlərinə baxış keçirmiş, tədris ocağının idman sahəsində son illər əldə etdiyi uğurlar barədə məlumatlandırılmışlar. Nümayəndə heyətinin rəhbəri Gülağa İslamov şagird və müəllim heyəti qarşısında çıxışı zamanı Azərbaycanda, o cümlədən Bakı şəhərinin Xəzər rayonunda gedən quruculuq işlərindən danışmış, son illərdə əsaslı təmir olunan və yeni inşa edilən məktəblər barədə ətraflı məlumat vermişdir.
Nümayəndə heyətinin rəhbəri görüş zamanı II İohan Pavelin Bakıya səfərindən də danışmış, bu il həmin tarixi səfərin 10 illik yubileyinin tamam olmasını vurğulayaraq, bu münasibətlə tədris ocağında xatirə lövhəsinin asılmasını təklif etmişdir. Xatirə lövhəsində Roma Papasının Bakıda səfərdə olduğu zaman Azərbaycan haqqında söylədikləri sözlər öz əksini tapmışdır. G.İslamov, həmçinin gimnaziya ilə Mərdəkan qəsəbəsində müəyyən ediləcək bir məktəbin əməkdaşlıq etməsini məqsədəmüvafiq saymış, hər iki tədris ocağının müəllim və şagird heyətinin qarşılıqlı səfərlərini arzulamışdır. Gimnaziyanın rəhbərliyi belə bir layihənin həyata keçirilməsini Azərbaycanı daha yaxından tanımaq üçün dəyərli olduğunu təsdiqləmişdir. Tədbirin sonunda qonaqlar gimnaziya şagirdləri və müəllim heyəti tərəfindən hazırlanmış milli rəqs nömrələrini izləmişlər. Sonra nümayəndə heyəti Nadajın qəsəbəsində yenicə açılmış uşaq bağçasının fəaliyyəti ilə tanış olmuş və burada tətbiq edilən təhsil, təlim-tərbiyə metodları haqqında onlara ətraflı məlumat verilmişdir.
İyunun 23-də nümayəndə heyəti Pruşkuv rayonunun görməli yerlərini gəzmiş, bir sıra tarixi memarlıq abidələri ilə tanış olmuşdur. Dünya şöhrətli polyak bəstəkarı Şopenin ev muzeyi qonaqlarda zəngin təəssürat yaratmışdır. Nümayəndə heyətinə rayonun turizm potensialı və bu sektorun inkişafı yönündə görüləcək işlər barədə ətraflı məlumat verilmişdir.
Səfər çərçivəsində qonaqlar Nadajın qəsəbəsinin yaxınlığında yerləşən terminal sularla müalicə mərkəzi ilə də tanış olmuşlar. Müalicə mərkəzində termal suların insan orqanizminə təsiri və müalicə edilən xəstəliklər haqqında ətraflı məlumat verilmişdir. Həmin gün nümayəndə heyətinin üzvləri qəsəbənin yanğınsöndürmə mərkəzində olmuş, qonaqlara buranın işi haqqında məlumat verilmişdir. Günün sonunda qonaqlar qəsəbənin mərkəzi istirahət parkını gəzmiş və əhalinin asudə vaxtının təşkili sahəsində görülən işlərlə maraqlanmışlar. Qonaqlar burada həmçinin yerli sakinlərlə söhbət etmiş və onlara ölkəmiz haqqında danışmışlar.
İyunun 25-də nümayəndə heyəti Nadajın qəsəbəsi parlamentinin iclasında iştirak etmişdir. İclas Azərbaycan və Polşa respublikalarının himnlərinin səsləndirilməsindən sonra işə başlamışdır. Nadajın qəsəbəsinin meri Yanuş Gjyb çıxış edərək Azərbaycan və Xəzər rayonu haqqında iştirakçılara məlumat vermişdir. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov çıxışında Nadajın və Mərdəkan qəsəbələrinin qardaşlaşmasının çox sevindirici bir hal olduğunu vurğulamış, Azərbaycan və eləcə də Xəzər rayonu barədə ətraflı söhbət açmışdır. Gülağa İslamov ölkə rəhbərliyi tərəfindən Azərbaycanda aparılan islahatlar və davamlı iqtisadi siyasət nəticəsində əldə edilmiş nailiyyətlərdən danışmış, o cümlədən bu siyasətə sadiq qalan Xəzər rayonunda son illər görülmüş işlər barəsində dinləyicilərə ətraflı məlumat vermişdir. İcra başçısı Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində 20 faiz ərazimizin zəbt olunmasından, bir milyon soydaşımızın öz doğma yurd-yuvasından didərgin düşməsini parlamentarilərin nəzərinə çatdırmış, onların bir qisminin Xəzər rayonunda məskunlaşdığını söyləmişdir. İclasın sonunda Xəzər rayonunda 2011-2012-ci illərdə görülmüş işlərdən bəhs edən film nümayiş etdirilmişdir.
İyunun 26-da nümayəndə heyətinin üzvləri Polşanın paytaxtı Varşava şəhərində yerləşən Yakub Yasinski adına 72 saylı liseydə olmuşlar. Burada qonaqlar Azərbaycanın təhsil sistemi, son illər bu sahədə əldə edilən nailiyyətlərdən danışmışlar. Görüş çərçivəsində nümayəndə heyəti və lisey rəhbərliyi yaxın gələcəkdə Yakub Yasinski adına 72 saylı tədris ocağı ilə Xəzər rayonunda müəyyənləşəcək bir məktəb arasında humanitar fənləri tədris edən müəllimlərin mübadiləsinin həyata keçirilməsi razılığına gəlmişlər. Həmin gün Nadajın qəsəbəsinin rəhbərliyi tərəfindən qonaqların şərəfinə ziyafət verilmişdir. Qəsəbənin meri Yanuş Gjyb vurğulamışdır ki, Nadajınla - Mərdəkanın qardaşlaşması Azərbaycan-Polşa əlaqələrinin daha da yaxşılaşmasına səbəb olacaqdır. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov qəsəbələr arasında başlanan qardaşlaşmanı iki ölkə rəhbərliyi tərəfindən aparılan düzgün və səmərəli siyasətin məntiqi nəticəsi kimi dəyərləndirmişdir.
Nadajın və Mərdəkan qəsəbələrinin qardaşlaşması prosesi çərçivəsində iyul ayının 25-28-də polşalı qonaqların ölkəmizə səfəri nəzərdə tutulmuşdur.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında