Məcburi köçkünlərin sosial inkişafı ölkə rəhbərliyinin diqqət mərkəzindədir

Beynəlxalq təcrübədə məcburi köçkünlər əhalinin ən həssas qruplarından biri sayılırlar. Məlum olduğu kimi Azərbaycanda bu problem hələ də aktual olaraq qalmaqdadır. Xarici təcavüz nəticəsində respublikamızın bir milyon əhalisi öz doğma ocaqlarından didərgin salınmış və bununla bağlı yaranmış kütləvi işsizlik ölkə rəhbərliyinin sosial siyasətinin tərkib hissəsinə çevrilmişdir.
Ölkə rəhbərliyi məcburi köçkünlərin problemlərinin həllinə həmişə xüsusi diqqət və qayğı göstərmiş, bununla bağlı bir neçə Dövlət Proqramı qəbul olunmuşdur. Bu gün məcburi köçkünlər üçün salınmış müasir tipli yeni qəsəbələr bütün infrastrukturları ilə birgə onların istifadəsinə verilmişdir. Artıq ölkədə bir dənə də olsun çadır düşərgəsi qalmamışdır. Demək olar ki, hər il məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeni-yeni layihələr həyata keçirilir.
Qeyd olunan sahədə son əhəmiyyətli addımlardan biri Azərbaycan Hökuməti və Dünya Bankının məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi üzrə layihəsidir. Dörd il müddətinə nəzərdə tutulan bu layihə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu tərəfindən həyata keçirilir. Göstərilən layihənin ümumi məqsədi məcburi köçkünlərin geniş sosial tələblərinin təminatı, o cümlədən sosial inkişafı ilə bağlıdır. Layihənin əsas komponentləri aşağıdakılardır: icma mikrolayihələri; ictimai-yaşayış binalarının bərpası; gəlirgətirən fəaliyyətlər və gənclərin dəstəklənməsi üzrə proqramlar.
Bir məsələni vurğulamaq lazımdır ki, layihənin icrası zamanı gender bərabərliyinə, yəni kişi və qadınların müxtəlif fəaliyyət növlərinə eyni səviyyədə cəlb olunmasına xüsusi diqqət yetiriləcək. Layihənin davamlılığını şərtləndirən əsas fəaliyyət istiqamətlərindən biri kimi tələblərin və mənbələrin düzgün qiymətləndirilməsidir. Bu məqsədlə icmalar və yerli hakimiyyət orqanları üçün potensialın gücləndirilməsi, icma sərmayələrinin prioritetləşdirilməsi, icma və yerli orqanlar arasında səmərəli əməkdaşlığın yaradılması vacibdir.
Uğurlu icma səfərbərliyi icmalara öz ehtiyaclarını və sosial prioritetlərini daha mükəmməl səviyyədə müəyyən etmək səlahiyyəti verən mühüm layihə məhsuludur. Bu prioritetləşmə icma tərəfindən fəaliyyət planının hazırlanmasında öz əksini tapır. Mikrolayihələrin icrası müddətində icma üzvlərinin fəal iştirakı dəstəklənir və yüksək qiymətləndirilir. Odur ki, icmaların iştirakı ilə geniş forumlar, seminarlar və müxtəlif səviyyədə fikir mübadiləsi keçirilir.
Layihənin əsas vəzifələrindən biri məcburi köçkünlər arasında iqtisadi imkanların artırılması və onların müstəqil gəlir əldə etmə cəhdlərinin stimullaşdırılmasıdır. Bu komponentin bir hissəsi maddi dəyərlərin qurulması və özünə inamın təbliği proqramının həyata keçirilməsidir. Digər hissəsinin realizəsi məcburi köçkünlərin müxtəlif kategoriyalarının cari gəlir imkanları barəsində məlumatın toplanması və bundan irəli gələn vəzifələrlə bağlıdır. Əsas hədəf məcburi köçkünlərin iqtisadi müstəqilliyinin gücləndirilməsi, o cümlədən ailə gəlirinin artırılmasıdır.
Digər vacib vəzifə gənclərin dəstəklənməsi ilə bağlıdır. Məcburi köçkün həyatı yaşayan gənclər üçün peşəyə yiyələnmək və bunun əsasında yeni mikrobizneslər qurmaq imkanı yaratmaq mühüm məsələdir. Yeni layihədə gənclər qrant hesabına peşə təlimlərinin keçirilməsi üçün zəruri avadanlıqla təmin ediləcək və müvafiq kreditdən istifadə imkanları yaradılacaqdır.
Üç regiondan (qərb, şimal, cənub) təlimlərin keçirilməsi üçün müəyyən sayda köçkün həyatı yaşayan gənclər seçiləcəkdir.
Gənclərlə bağlı fəaliyyət kompyuter kurslarının təşkili və müvafiq sınaqların keçirilməsini nəzərdə tutur. Bundan əlavə, biznesin başlanması üzrə təlim kurslarının keçirilməsi həmin fəaliyyətin davamı olacaq. Təlimləri müvəffəqiyyətlə bitirən gənclərin fəaliyyət sahəsinə aid məlumat bazası yaradılacaqdır. Bu işə artıq başlanmışdır.

{nl}

Nərmin OSMANLI, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun icmaların səfərbərliyi üzrə meneceri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında