Azərbaycanda gənclərin hərtərəfli inkişafı dövlətin daim diqqət mərkəzindədir

Azərbaycanda gənclərin hərtərəfli inkişafı hər zaman dövlətin diqqət mərkəzindədir. Dövlətimizin başçısının sərəncamı ilə yeni yaradılmış Gənclər Fondunun fəaliyyəti gənclərin inkişafına təkan olacaqdır.

{nl}

Bu sözləri gənclər və idman naziri Azad Rəhimov iyulun 4-də keçirdiyi mətbuat konfransında demişdir.

{nl}

Son illər ölkəmizdə gənclərin hərtərəfli inkişafı istiqamətində görülən işlərdən söz açan A.Rəhimov bildirmişdir ki, hazırda Azərbaycanda 13 gənclər evinin tikintisi başa çatmış, 10-u isə inşa edilməkdədir. "Artıq gənclər çayxanada deyil, Gənclər evində toplanacaqlar. Orada kitabxana və əyləncə mərkəzləri fəaliyyət göstərəcəkdir,"- deyə nazir bildirmişdir.

{nl}

"İşğal altında" adlı kompyuter oyununun bu yaxınlarda təqdim olunacağını bildirən A.Rəhimov gənclərlə bağlı televiziya kanallarında 4 proqramın fəaliyyət göstərdiyini də söyləmişdir.

{nl}

İyulun 5-də Bakıdakı "Səadət" sarayının təmirdən sonra istifadəyə veriləcəyini diqqətə çatdıran nazir demişdir ki, mükəmməl bərpa edilməklə tarixi görkəmini saxlayan bina 9-10 bal gücündə zəlzələyə davamlıdır. Bu, onu deməyə əsas verir ki, saray uzun illər xalqa xidmət edəcəkdir.

{nl}

Nazir London Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimində komandamızın tərkibində hansı idmançının bayraqdar olacağı məsələsinə də aydınlıq gətirmişdir. A.Rəhimov demişdir: "İdmançılar arasında belə bir inanc var ki, bayrağı aparan heç vaxt medal qazanmır. Ancaq olimpiya çempionu Elnur Məmmədli özünə əmin olduğunu bildirmişdir. Buna görə də onun bayraqdar olacağı gözlənilir".

{nl}

Yeni inşa edilən idman komplekslərinin Azərbaycan gənclərinin fiziki hazırlıq səviyyəsinin yüksəlməsindəki rolunu və bu istiqamətdə işlərin uğurla davam etdirildiyini vurğulayan nazir bildirmişdir ki, bu ilin avqustunda Cəlilabad rayonunda, ilin sonunda isə Qobustan şəhərində yeni olimpiya idman kompleksləri istifadəyə veriləcəkdir.

{nl}

Bakıda boks və cüdo komplekslərinin tikiləcəyini bildirən nazir onu da diqqətə çatdırmışdır ki, yaxın günlərdə Binəqədi rayonunun Xocasən qəsəbəsində stadion istifadəyə veriləcəkdir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında