Azərbaycan və Kolumbiya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilmişdir

İyulun 3-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Kolumbiya Respublikası Senatının ikinci konstitusional komitəsinin sədri xanım Alexandra Moreno Pirakivenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

{nl}

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, qonaqları salamlayan müdafiə naziri Kolumbiya parlamenti üzvlərinin Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını və ölkələr arasında ikitərəfli əlaqələrin genişlənməsinə xidmət etdiyini vurğulamışdır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı barədə qəbul etdiyi qərara görə Kolumbiya Senatının üzvlərinə öz təşəkkürünü bildirən nazir Səfər Əbiyev bölgədə mövcud hərbi-siyasi vəziyyət və onun yaratdığı ağır problemlər barədə də qonaqları məlumatlandırmışdır.

{nl}

Müdafiə naziri görüş zamanı hər iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin vacibliyini önə çəkmişdir.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında