Lüksemburq mətbuatında Azərbaycan haqqında ətraflı bəhs olunmuşdur

Azərbaycanın müstəqilliyinin 92-ci ildönümünün ilk dəfə Lüksemburqda təntənəli şəkildə qeyd olunması və xalqımızın milli bayramına həsr edilmiş konsert geniş əks-səda doğurmuş və ölkə mətbuatında geniş işıqlandırılmışdır.
Lüksemburqun alman dilində nəşr olunan gündəlik "Taqeblatt" qəzetinin 127-ci sayında "Azərbaycan Respublikası milli bayramını musiqi və rəqslə qeyd edir" ümumi başlıqla verilmiş məqalənin "Naməlum, amma valehedici mədəniyyətlə təmas" yarımsərlövhəsi altında ölkəmizin müstəqilliyinin tarixi barədə qısa məlumat verilmişdir.
Qəzetin müxbiri Rene Hoffmann Azərbaycanın öz müstəqilliyini ilk dəfə 1918-ci il mayın 28-də, ikinci dəfə isə SSRİ-nin süqutundan sonra 1991-ci il oktyabrın 18-də qazandığını, ölkəmizin ərazisi, əhalisinin sayı, hündür və alçaq nöqtələri, paytaxt Bakı, iqtisadiyyatın əsas sahələri kimi neft, qaz, polad, mis, kürü, meyvə, şərab, ipək, xalça və digər məhsullarının xaricə ixrac edilməsi barədə oxuculara məlumat vermişdir. Ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən zəbt edilməsinə toxunmuş lüksemburqlu jurnalist Azərbaycan ilə həmsərhəd ölkələri sadalamış, Ermənistanın işğalı nəticəsində Azərbaycandan ayrı düşmüş Naxçıvan Muxtar Respublikasının qardaş Türkiyə ilə sərhəddə yerləşdiyini qeyd etmişdir.
R.Hoffmann Azərbaycan musiqisində Şərq musiqisinin elementləri hiss olunsa da, çalarlarının müxtəlifliyi ilə ondan tamamilə fərqləndiyini bildirmişdir.
Ölkənin ən populyar mətbu orqanı "Lüksemburqger Uort" qəzetində dərc olunmuş "Azərbaycan öz mədəniyyətini nümayiş etdirir" adlı məqalədə ölkəmizin Lüksemburqda ilk dəfə milli bayramının təşkilindən, Beynəlxlaq Bankın, Lüksemburq-Azərbaycan Ticarət Palatasının, Azərbaycan Sənaye və Ticarət Palatasının və "İpək yolu" şirkətinin dəstəyi ilə keçirilmiş bayram tədbirində işgüzar dairələrin nümayəndələrinin, deputatların, səfirlərin iştirakından söhbət açılmışdır. Ölkəmizin Lüksemburq Hersoqluğundakı səfiri Emin Eyyubovun əlamətdar hadisə ilə bağlı çıxışına xüsusi yer ayrılmış, Azərbaycan ilə Lüksemburq arasında ikitərəfli münasibətlərin yaranmasından, Azərbaycanın enerji ehtiyatları ilə zənginliyinin bir çox dövlətlərdə, o cümlədən Avropa İttifaqında ciddi maraq oyatmasından bəhs olunmuşdur.
Məqalənin müəllifi Jozef Loran 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasını ölkəmizin milli bayramının tarixi əsası kimi dəyərləndirmiş, 1813-cü ildə Pusiya-İran müharibəsi nəticəsində Azərbaycanın iki hissəyə parçalandığını, ölkəmzidə neftin qədim dövrlərdən çıxarıldığını, 1900-cü ildə dünya neftinin 90 fazinin Azərbaycanın payına düşdüyünü, 1918-ci ildə fəaliyyətə başalmış ilk demokratik quruluşlu AXC-nin cəmi 23 ay yaşadığını, ölkəmizin 1922-ci il dekabrın 13-də SSRİ-nin tərkibinə daxil olduğunu, 1991-ci ildə müstəqilliyini yenidən elan etdiyini, xalqın azadlıq hərəkatını boğmaq məqsədi ilə 1990-cı ilin yanvarında sovet ordusunun Bakıya yeridildiyini, yüzlərlə dinc sakinin qətlə yetirildiyini, diqqətə çatdırmışdır.
Məqalədə Azərbaycan xəritəsinin qartala bənzərliyini nəzərə alaraq rəqs qrupunun "Azərbaycan qartalları" adlanması, ansambl üzvlərinin rəngarəng rəqslərinin və müxtəlif alətlərdə səsləndirilmiş musiqi nömrələrinin xalqımızın mədəniyyətinin zənginliyini bariz şəkildə nümayiş etdirməsi xüsusi vurğulanmışdır.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında