Sumqayıtın Veteranlar Şurası beynəlxalq əlaqələrini genişləndirir

Altı minə yaxın veteranı öz ətrafında birləşdirən Sumqayıt Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurası şəhərin ictimai-siyasi həyatında, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində və ümumiyyətlə bütün tədbirlərdə fəal iştirak edir. Şura nəinki respublika daxilində, hətta xaricdə olan veteran təşkilatları ilə sıx əlaqə saxlayıb, fəaliyyət dairəsini genişləndirir, zənginləşdirir və onların qabaqcıl təcrübələrindən bəhrələnməyə çalışır. Məsələn, Avstriyanın Vyana və Qraç şəhərlərindəki, Şimali Kiprin Maqusa şəhərindəki veteran təşkilatları ilə əlaqə yaradan nümayəndələrimiz onların qonağı olmuş, əcnəbi həmkarları ilə görüşlər təşkil etmiş, təcrübə mübadiləsi apararaq xoş təəssüratla Vətənə qayıtmışlar...

{nl}

Veteranlar şurasının sədri kimi mən bu yaxınlarda Avstriyanın Vyana və Qrac şəhərlərində, təhsil üzrə veteranlar şurasının sədri, qabaqcıl maarif xadimi Məşdi Zeynalov isə Şimali Kiprdə olmuşdur. Orada biz veteranlar şuraları ilə görüşlər təşkil edib onların iş planları ilə yaxından tanış olmuş, təcrübə mübadiləsi aparmışıq.

{nl}

1972-ci ildən fəaliyyət göstərən Şimali Kipr Türk Əməkçilər Cəmiyyəti öz əhatə dairəsini genrişləndirərək bir çox ölkələrin veteran təşkilatları ilə sıx əlaqə yaratmağa nail olmuş və onları Kiprə dəvət etmişdir. Onlarda iki cür - dövlət və sığorta əmək veteranları var. Dövlət əmək veteranlarının əmək haqqı, sığorta əmək veteranlarınkından daha yüksəkdir.

{nl}

Veteranların konfransı əvvəlcə 2 ildən bir idisə, son illərdə 3 ildən bir keçirilir. Üç aydan bir nəşr olunan "Emeklinin sesi" jurnalı hər biri veterana pulsuz verilir.

{nl}

Sığorta tərəfindən yığılan vəsait hesabına əmək veteranları bütün sahələrdə öz ehtiyaclarını təmin edə bilirlər və dövlətin yardımına ehtiyac duymurlar.

{nl}

Xaricə səfərlərimiz zamanı biz keçirdiyimiz görüşlərdə çıxış edərək Azərbaycan həqiqətlərini, onun müharibə şəraitində olmasını, erməni millətçilərinin torpaqlarımızın 20 faizini işğal etməsini, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşməsini tədbir iştirakçılarının nəzərinə çatdırırıq.

{nl}

Leyla QASIMZADƏ, Sumqayıt Şəhər Veteranlar Şurasının sədri

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında