Azərbaycan ilə İordaniya arasında ailə və uşaq problemlərinin həlli sahəsində ikitərəfli əlaqələrin inkişafı məsələləri müzakirə olunmuşdur

İordaniya Krallığının qadın məsələləri üzrə naziri xanım Nadia Haşem Krans Montana Forumunda iştirak etmək üçün Bakıya səfərə gəlmişdir. Səfər çərçivəsində xanım N. Haşem Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşmüşdür.

{nl}

Görüşdə H.Hüseynova Azərbaycanda ailə, qadın və uşaq siyasətinin daim dövlətin xüsusi diqqətində olduğunu vurğulamışdır. Komitə sədri qeyri-hökumət təşkilatlarının da bu sahədəki fəaliyyətini, xüsusilə Heydər Əliyev Fondu tərəfindən uşaq və qadınların sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün onlarca layihənin həyata keçirildiyini qonağın diqqətinə çatdırmışdır.

{nl}

N.Haşem ailə, qadın və uşaq siyasəti sahəsində qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini bildirmiş və əlaqələrin genişlənməsi məqsədi ilə sözügedən sahə üzrə ekspertlərin səfərlərinin təşkil edilməsinin əhəmiyyətini qeyd etmişdir.

{nl}

Görüşdə Azərbaycan və İordaniya arasında ailə və uşaq problemlərinin həlli sahəsində ikitərəfli əlaqələrin inkişafı məsələləri müzakirə olunmuşdur.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında