Krans Montana Forumunun mükafatlandırma mərasimi olmuşdur

İyunun 30-da Bakıda Krans Montana Forumunun bağlanışında mükafatlandırma mərasimi keçirilmişdir.

{nl}

Mərasimdə çıxış edən Krans Montana Forumunun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron tədbirin yüksək səviyyədə keçirildiyini bildirmiş və bu forumda çox mühüm məsələlərin müzakirə edildiyini demişdir. Jan Pol Karteron Krans Montana Forumunun Bakıda yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.

{nl}

Sonra Jan Pol Karteron forumun ideyalarına sadiqliyinə görə Niger Prezidenti Mahamadu İssufunu, Birləşmiş Ərəb Əmirliklərinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl Şərqini, İraqın Baş nazirinin müavini Nuri Şavaysı, Namibiyanın keçmiş Baş naziri Heyç Geynqodu, ALECSO-nun baş katibi Məhəmməd əl Əziz bin Axouru və İçikoviç Ailə Fondunun təsisçisi və sədri İvor İçikoviçi mükafatlandırmışdır.

{nl}

Mükafata layiq görülənlər onların fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmişlər.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında