Hökumət komissiyasının müşavirəsində yeni vəzifələr müəyyənləşdirilib

Kür və Araz çaylarında baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı yaradılan Hökumət Komissiyasının üzvlərinin iştirakı ilə dünən Sabirabad rayonunda müşavirə keçirilib.
Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə keçirilən müşavirədə Hökumət Komissiyasının üzvləri - fəlakət rayonlarının icra strukturlarının rəhbərləri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, "Meliorasiya və Su Təsərrüfat" SC-nin sədri Əhməd Əhmədzadə, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, maliyyə naziri Samir Şərifov, nəqliyyat naziri Ziya Məmmədov, iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər məsul şəxslər iştirak ediblər.
Baş nazirin müavini Abid Şərifov bildirib ki, müşavirəni keçirməkdə əsas məqsəd su çəkilmiş kənd və ərazilərdə epidemioloji vəziyyəti müzakirə etmək, yarana biləcək hər hansı xəstəlik və digər halların qarşısını almaqdır. Onun sözlərinə görə, hökumət komissiya çərçivəsində hər bir nazirlik və qurumun daxilində də aidiyyatı üzrə lokal komissiyalar yaradılıb. Bu komissiyalar mütəmadi olaraq, gürdükləri işlərlə bağlı dövlət qarşısında hesabat verəcəklər.
Müşavirədən sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə bildirib ki, qərara əsasən, operativ şəkildə fəaliyyət göstərəcək alt komissiyalar bunlardır: nəqliyyat, rabitə, meliorasiya, energetika, su təsərrüfatı, fövqəladə hallar. Həmin alt komissiyalara əhalinin evlərinin yenidən bərpası, dəymiş zərərin ödənilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Yaradılan alt komissiyalara qısa müddətdə - 3 gün ərzində görülən işlər barədə hökumət komissiyasına məlumat verməsi tapşırılıb: İndiyə qədər görülmüş işlər davam etdiriləcək. Güman olunur ki, qısa müddət ərzində həm bəndbərkitmə, həm içməli su təchizatı, həm suvarma sularının suvarılan torpaqlara çatdırılması, həm də enerjinin bərpası, qaz sahəsi ilə bağlı yaradılan alt komissiyalar işə başlayacaqlar.
Kəmaləddin Heydərov deyib ki, bəndlərin arasında tikilmiş və su altında qalan evlər bərpa olunmayacaq: "Həmin evlərin əvəzində təhlükəsiz yerdə evlər tikilicək. Təhlükəsiz yerlərdə kəndlər və qəsəbələr salınacaq. Yəqin, bunun həyata keçirilməsi uzun müddət tələb edəcək. Gələcəkdə Kür, Araz sahilləri boyunca, bəndlər arasında tikilən binalar, evlər də təhlükəsiz yerlərə köçürüləcək. Təbiət bu il bu cür şıltaqlıq etdi, gələn il başqa cür edə bilər. Heç kim təminat verə bilməz ki, sabah həmin evlər suyun altında qalmayacaq".
...Hansı kəndlər üçün təhlükə yoxdur, orada çiy kərpicdən olan evlər söküləcək, daha möhkəm evlər tikiləcək. Daşdan tikilən evlərin də təhlükəsizliyi yoxlanılacaq. Elə bir təhlükəsi yoxdursa, onlar təmir olunacaq və əhali evlərinə qayıdacaq".
K.Heydərovun sözlərinə görə, müşavirədə yaradılan bəzi komissiyalara subasma təhlükəsi olmayan kəndlərin bərpasına başlanması barədə vaxt verilib: "Təhlükə olan ərazilərlə bağlı kənd ağsaqqallarının razılığı ilə yerlər seçiləcək. Qısa müddət ərzində evlər tikiləcək və əhali ora köçürüləcək".
Nazir jurnalistlərin suallarına cavab olaraq onu da deyib ki, ölkə Prezidentinin sərəncamına müvafiq olaraq proqram hazırlanır, Kür və Araz sahillərində hidrotexniki qurğuların tikilməsi nəzərdə tutulur.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında