Əli Həsənov qəzet redaktorları ilə yayım və reklam problemlərini müzakirə etmişdir

Azərbaycan Mətbuat Şurasında Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkədə fəaliyyət göstərən KİV-lərin baş redaktorları və mətbuat yayımı şirkətlərinin nümayəndələri ilə görüşmüşdür. APA-nın məlumatına görə, görüşdə mətbuatda reklam və qəzet yayımında yaranmış problemlər müzakirə olunmuşdur.

{nl}

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qəzet yayımında və reklamla bağlı məsələləri müzakirə etmək üçün şəxsən Ə.Həsənova müraciət ediblər. Ə.Həsənov redaktorlarla görüşməyə və mətbuatın problemlərini müzakirə etməyə hər zaman hazır olduğunu deyib.

{nl}

Daha sonra çıxış edən qəzet redaktorları qəzet yayımı və reklamla bağlı problemlərdən danışıblar. Tədbirdə qeyd olunub ki, köşklərin götürülməsi, eləcə də əldə yayımla bağlı problemlər mövcuddur. Şəhərin mərkəzindəki köşklərdə qəzet satışında problemlər yaranıb, eyni zamanda köşklər seyrək və görünməyən yerlərdə qoyulub. Rayonlarda qəzet satışı əsas problemlərdən biri kimi göstərilib və qəzetlərin rayonlara, kəndlərə gedib çıxmadığı bildirilib. Azərbaycanda cəmi 5 qəzetin əldə yayımı təşkil etdiyi, bəzi yerlərdə əldə yayıma imkan verilmədiyi vurğulanıb.

{nl}

Tədbirdə çıxış edən "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, bəzən mətbuatda müxalifət qəzetlərinin yayım və reklam problemi ilə üzləşdiyi barədə məlumatlar yer alır. Onun sözlərinə görə, qeyd edilən problemlə eyni zamanda dövlət qəzetləri də üzləşməli olurlar. Onların da qəzetinin mətbuat yayımı şirkətlərindən pullarını almaqla bağlı problemləri var: "Digər problem isə rəsmi dövlət qəzetlərinin bölgələrdə yayımı ilə bağlıdır. Qəzet bölgələrə gedib çıxmır. Bir çox hallarda insanlar özləri söyləyirlər ki, qəzeti axtarsalar da, tapa bilmirlər".
Eyni problemlərə toxunan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu isə qəzetin əl yayımı və metroda yayımı ilə bağlı problemlərdən danışıb. R.Arifoğlunun sözlərinə görə, metro stansiyalarının qarşısında satış üçün qoyulmuş yerlər "Eurovision" yarışması ərəfəsində götürülüb. Mətbuatda və qəzetlərin internet saytlarında reklamların olmamasından danışan R.Arifoğlu reklam siyasətinə yenidən baxılmasına ehtiyac olduğunu söyləyib.

{nl}

"APA-Group"un baş direktoru Vüsalə Mahirqızı isə iki təkliflə çıxış edib. Reklamla bağlı qanunvericiliyə dəyişikliklərin edilməsini təklif edən V.Mahirqızının sözlərinə görə, mövcud qanunvericiliyi əsas gətirərək dövlət qurumları reklam və tender elanlarını rəsmi dövlət KİV-lərində yerləşdirirlər: "Rəsmi qurumların tender elanları o zaman qəbul olunur ki, onlar rəsmi dövlət qəzetlərində və rəsmi dövlət agentliyində yayılsın. Qanundan bu məhdudiyyəti götürmək lazımdır. İmkan yaradılmalıdır ki, tenderlər keçirilsin və rəsmi qurumlar öz tender elanlarını onlarla normal işləyən media orqanlarına versinlər. Tenderi udan media qurumları normal işləyəcəksə, növbəti dəfə digər qurumlar da öz işlərini həmin mediaya həvalə edəcəklər. Dövlət özəl şirkətlərə reklam büdcəsini formalaşdırmaqda təsir göstərə bilməz. Amma dövlətin öz əlində olan reklamları yaymaq imkanı var".

{nl}

V.Mahirqızı eyni zamanda dövlət qurumlarının öz rəsmi qəzet və jurnallarını çap etdirməsi ilə bağlı məsələyə toxunub. Agentlik rəhbəri bildirib ki, dövlət qurumlarının tərkibindəki sahə qəzetləri tender və elanların böyük hissəsini alırlar: "Hətta bəzi qurumların elanları heç rəsmi mətbuata da getmir. Buna nəzarət olunmalı, həmin qurumlar bağlanmalıdır ki, tender və elanlar mətbuata axsın. Bu, kifayət qədər böyük vəsaitdir".

{nl}

"Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı çıxışında reklam azlığının səbəblərindən danışıb. "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov isə qanunvericiliyə dəyişiklik təklifi ilə çıxış edib. Baş redaktor bildirib ki, qanunvericilikdə büdcə təşkilatlarının öz gəlirlərinin 1 faizini təbliğat və reklama ayırması barədə dəyişikliklər etmək olar. Bu isə öz növbəsində həmin qurumların boynuna media ilə işləmək öhdəliyi qoyar.

{nl}

Daha sonra digər redaktorlar öz təkliflərini bildiriblər. Çıxışlarda mətbuatda sosial reklamların verilməsi ilə bağlı təkliflər səsləndirilib. Qeyd olunub ki, müəyyən dövlət qurumları mediadan sosial reklamların verilməsi üçün istifadə edə, bu reklamlar da mətbuatın güclənməsinə təsir göstərə bilər.

{nl}

Ə.Həsənov yekun çıxışında qeyd edib ki, bütün təklifləri qeyd edib və onlara isti yanaşır: "Azərbaycan dövləti media və söz azadlığına dəstək verib və bundan sonra da belə olacaq". Mətbuatın problemlərinin həlli üçün görüşməyə hazır olduğunu deyən Ə.Həsənov bildirib ki, müasir innovasiyaların tətbiqi çap mediasının müəyyən dərəcədə gecikməsinə səbəb olub. Buna görə də insanlar daha çox informasiyanı saytlardan almağa üstünlük verirlər. PA rəsmisi yayım prosesindəki problemlərin aradan qaldırılması istiqamətində ayrıca görüş keçirəcəyini də vurğulayıb: "Artıq dünyanın hər yerində media reklam hesabına yaşayır. Mən dövlətin reklam bazarında məhdudiyyətlər yaratması fikri ilə razı deyiləm. Azərbaycanda yüzlərlə özəl klinika, yüzlərlə şadlıq evi və s. var. Belə olan halda reklam verilməsinin qarşısının alınmasından söhbət gedə bilməz. Sadəcə, menecment qurulmalı, reklamçıları inandırmaq lazımdır".

{nl}

Ə.Həsənov reklamla bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi üçün də təhlillər aparılacağını, həmçinin sahə qəzetləri ilə bağlı müəyyən addımlar atılacağını qeyd edib. Sosial reklamlarla bağlı məsələyə toxunan Ə.Həsənov bunun zəruriliyi barədə fikirlərini açıqlayıb. O qeyd edib ki, təkliflərlə bağlı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində təhlillər aparılacaq və həmin təkliflər müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul olunacaq.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında