Binəqədi rayonunda soyqırım qurbanlarının xatirəsi anılmışdır

Binəqədi Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı ilə birlikdə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirmişdir.
Tədbir soyqırımına məruz qalan soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev bildirmişdir ki, hər il Azərbaycanda azərbaycanlıların soyqırımı günü qeyd olunur. Azərbaycanlıların ermənilər tərəfindən kütləvi şəkildə öldürülməsi, repressiyalara məruz qalması təkcə soyqırımı günündə deyil, eyni zamanda vaxtaşırı xatırladılmalı, gənc nəslin yaddaşında yaşadılmalıdır. Bu soyqırımın əsl hüquqi-siyasi qiyməti Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman xalqımızın milli yaddaşının qorunması baxımından da mühüm əhəmiyyətə malikdir.
Tədbirdə geniş məruzə ilə çıxış edən Azərbaycan Beynəlxalq Universitetinin professoru Həsən Bayramov soyqırımının tarixindən, ötən əsrin əvvəllərində erməni millətçilərinin "Böyük Ermənistan" yaratmaq xülyası ilə Bakı, Şamaxı, Quba və Göyçayda, eyni zamanda, Qarabağda, Zəngəzurda, Naxçıvanda vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmələrindən danışmış, əsrlər boyu soyqırımı və deportasiyaya məruz qalmış soydaşlarımızın başına gətirilən müsibətlər barədə ətraflı məlumat vermişdir.
Məruzəçi bildirmişdir ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla həyata keçirən ölkə Prezidenti İlham Əliyev xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün mötəbər tribunalardan istifadə edir. Dövlət başçımızın rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi düşünülmüş xarici siyasət bu gün təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rafael Cəbrayılov bildirmişdir ki, özləri barədə "məzlum xalq" obrazı yaratmağa çalışan ermənilər bu gün də dünya ictimaiyyətini qondarma soyqırımı iddiaları ilə çaşdırmağa, türklər və azərbaycanlılar barədə mənfi rəy formalaşdırmağa çalışırlar. Lakin zaman keçdikcə dünya ictimaiyyəti dərk edir ki, qondarma "erməni soyqırımı" məsələsi məhz Türkiyə və Azərbaycan əleyhinə qərəzli kampaniyanın tərkib hissəsidir. Eyni zamanda hər iki ölkənin fəal surətdə apardıqları əks-hücum kampaniyası ermənilərin əsl xislətini açır, Ermənistanın işğalçılıq siyasətini ifşa edir.
Milli Məclisin deputatı həmçinin vurğulamışdır ki, dövlət başçısı İlham Əliyev ermənilərin təcavüzkarlıq siyasətindən əl çəkməyəcəyi təqdirdə, Azərbaycanın güc tətbiq etmək məcburiyyətində qalacağını açıq bəyan edir. Bütün bunların müqabilində isə ölkə vətəndaşları haqq-ədalətin öz yerini tapacağına, ərazi bütövlüyünün tezliklə bərpa olunacağına ürəkdən inanırlar.
Tədbirdə "Həsrət yolu" İctimai Birliyinin sədri Esmira Orucova azərbaycanlıların soyqırımı siyasətinin acı nəticələrindən bəhs etmişdir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov adı çəkilən komissiyanın fəaliyyətindən danışmışdır.
Tədbir komissiya tərəfindən təqdim olunmuş "Qarabağ Azərbaycandır" adlı filmin nümayişi ilə yekunlaşmışdır.
Vaqif BAYRAMOV, "Xalq qəzeti"{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında