Binəqədidə ağsaqqallarla görüş keçirilmişdir

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının rayon ərazisində yerləşən "Oğuzxan" şadlıq evində rayon ağsaqqalları və ziyalılarla görüşü keçirilmişdir. 
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkənin sosial-iqtisadi inkişafında əldə olunan uğurlardan danışaraq, son zamanlar respublikamızın sürətlə inkişaf etdiyini diqqətə çatdırmış, rayonda görülən işlərdən söz açmış və bu işlərin həyata keçirilməsində ağsaqqal, ziyalı sözünə, məsləhətinə böyük ehtiyacın duyulduğunu vurğulamışdır.
Sonra respublika Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov, əməkdar elm xadimi, professor Həsən Mirzəyev, respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Əli Həsənov, rayon Veteranlar Şurasının sədri Telman Hətəmov və başqaları son vaxtlar Binəqədidə tikinti, abadlıq-quruculuq işlərinin geniş vüsət almasından, qarşıda duran problemlərin həlli yollarından danışmışlar.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında