KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı keçirilən müsabiqənin nəticələri açıqlanmışdır

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.
Fonddan bildirmişlər ki, qurumun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyində 2012-ci ilin ikinci yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsinin dayandığını bildirmişdir.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli iyunun 7-dən 27-dək fonda 30 qəzetin layihə təklifi ilə müraciət etdiyini demişdir.
Sonra layihə təklifləri fondun Müşahidə Şurasının müzakirəsinə verilmişdir. Müzakirələrdə çıxış edən Müşahidə Şurasının üzvləri bundan əvvəlki layihələrin icrasında yol verilən qüsurların aradan qaldırılmasının vacibliyini diqqətə çatdırmışlar.
Müzakirələrin yekunu olaraq son 3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2 min nüsxədən az olmayan, hər buraxılışından ən azı 750 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlərə maliyyə yardımının ayrılması məqsədəuyğun sayılmışdır.
Müşahidə Şurasının üzvləri fondla imzaladığı müqavilənin şərtlərinə əməl edən 29 qəzetə 5 min manatdan başlamış 50 min manatadək maliyyə yardımının ayrılması ilə bağlı qərar qəbul etmişlər.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında