Azərbaycanın birinci xanımı Keniya Baş nazirinin xanımı ilə görüşmüşdür

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iyunun 29-da Bakıda keçirilən Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Keniyanın Baş nazirinin xanımı İda Odinqa ilə görüşmüşdür. 
Keniya Baş nazirinin xanımını Azərbaycanda görməkdən məmnunluğunu bildirən Mehriban xanım Əliyeva qonağa Krans Montana Forumundakı çıxışında ölkəsində qadın hüquqları ilə bağlı verdiyi maraqlı məlumatlara görə təşəkkürünü çatdırdı. Azərbaycanın birinci xanımı İda Odinqanı Keniya Baş naziri ilə birlikdə ölkəmizə səfərə dəvət etdi.
Krans Montana Forumunda iştirak üçün dəvətə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirən xanım İda Odinqa Azərbaycanın çox maraqlı ölkə olduğunu vurğuladı. O, gələcəkdə də Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu söylədi
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında