Dövlət Sərhəd Xidmətinin Akademiyasında texniki vasitələrin rəsmi təhvil alınma mərasimi olmuşdur

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında Avropa Komissiyasının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən icra edilən, ümumi büdcəsi 2 milyon avro olan "Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" layihəsi çərçivəsində əldə olunmuş texniki vasitələrin rəsmi təhvil alınma mərasimi keçirilmişdir.
DSX-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 2010-cu ilin oktyabrında icrasına başlanılmış layihənin əsas məqsədləri sərhədlərin idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsi, şəxslərin və yüklərin hərəkətinin asanlaşdırılması və sərhədlərin təhlükəsizliyinin təmin olunması, inteqrə edilmiş sərhəd idarəçiliyi prosedurları və əməliyyatlarının işlənib hazırlanması, pilot sərhəd nəzarəti məntəqələrinin və əlaqədar bölmələrin avadanlıqla təchiz edilməsidir.
Layihənin icrası zamanı Estoniya, Latviya, Litva və Polşanın sərhəd xidmətləri, Çex Respublikasının Daxili İşlər Nazirliyi, Fransanın Beynəlxalq Texniki Polis Əməkdaşlığı Direktoratlığı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ekspertlərinin iştirakı ilə rəsmiləşdirmə və nəzarət prosedurları, nəzarət orqanlarının qurumdaxili, qurumlararası və beynəlxalq əməkdaşlığının gücləndirilməsi, təlim-tədris prosesinin və təlim metodikasının yaxşılaşdırılması və digər mövzular üzrə treninqlər təşkil olunmuş, DSX-nin normativ-hüquqi bazasının təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülmüşdür.
Ötən müddətdə layihə çərçivəsində Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən 23 tədbirdə DSX-nin 55 əməkdaşı iştirak etmişdir.
Tədbir zamanı Xidmətin texniki imkanlarının təkmilləşdirilməsi üçün əldə olunmuş gecə və gündüz dövlət sərhədinin müşahidəsinin aparılmasına imkan verən səyyar elektron-optik müşahidə kompleksi, gecəgörmə cihazları, termal kameralar və durbinlər, yüksək keçid qabiliyyətinə malik olan kvadrosikllər, sərhədlərin yoxlanışı üçün stasionar və daşınan cihazlar, pasportların elektron məlumat bazası, nəqliyyat vasitələrinin yoxlanışı üçün optik endoskop, informasiya texnologiyaları avadanlığı və s. təhvil alınmışdır.
Tədbirdə BMT-nin rezident əlaqələndiricisi Fikrət Akçura iştirak etmişdir.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında