Bakıda "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Təşkilatı təsis edilmişdir

İyunun 28-də Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Bakıda keçirilən "Böyük İpək Yolu" Beynəlxalq gənclər konqresi panel iclaslarla öz işini davam etdirmişdir. 
"Kempinski Badamdar" otelində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri, Milli Məclisin deputatı Fuad Muradovun sədrliyi ilə keçirilən birinci panel iclasda 24 ölkənin gənclər təşkilatları və dövlət orqanlarının səlahiyyətli nümayəndələri "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Təşkilatının yaradılmasının zəruriliyi ilə bağlı müzakirələr aparmışlar.
Toplantıda Macarıstan Respublikasının sosial ailə və gənclərlə iş üzrə dövlət katibi Mikloş Soltes çıxış edərək "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Təşkilatının yaradılmasının vacibliyini bildirmişdir.
Tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən dövlət katibi qeyd etmişdir ki, konqres müxtəlif dillər, dinlər və mədəniyyətlər arasında sərhədləri aradan götürdü. İki gündür ki, müxtəlif ölkələrin gəncləri bir yerdə səmərəli müzakirələr aparırlar, dostluq əlaqələri qururlar. Onların bir platformada birləşməsinə ehtiyac vardır.
Misir, Türkiyə, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Hindistan, Ukrayna, Rusiya və digər ölkələrin nümayəndələri də çıxışlarında "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Təşkilatının yaradılmasını dəstəklədiklərini bildirmişlər.
Konqres iştirakçıları Avropa, Asiya və Afrika ölkələrinin gəncləri arasında əməkdaşlığın qurulması, tolerantlığın və qarşılıqlı anlaşmanın təbliği sahəsində səylərin birləşdirilməsinin və təcrübələrin bölüşdürülməsinin vacibliyini qeyd etmişlər.
Vurğulanmışdır ki, hər bir dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır, qaçqın və məcburi köçkün düşmüş gənclərin haqları bərpa edilməlidir.
Müzakirələrin nəticəsi olaraq iclas iştirakçıları "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Təşkilatının yaradılması barədə razılığa gəlmişlər.
Sonra təşkilatın nizamnaməsi qəbul edilmiş, idarə heyəti formalaşdırılmışdır. ARGTMŞ-nin sədri Fuad Muradov səs çoxluğu ilə "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Təşkilatının sədri seçilmişdir.
İkinci panel iclasında konqresin yekun sənədi olan Bakı Bəyannaməsi müzakirəyə çıxarılmışdır. Sənədlə bağlı tədbir iştirakçılarının rəy və təklifləri dinlənilmişdir. Dəyişikliklər nəzərə alınmaqla, "Böyük İpək Yolu" Beynəlxalq gənclər konqresinin Bakı Bəyannaməsi qəbul edilmişdir.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında