İranda həbsdə saxlanılan azərbaycanlı şairlərlə bağlı İran KİV-lərinin yaydığı məlumatlar əsassızdır

İranda həbsdə saxlanılan azərbaycanlı şairlərin narkotik maddə qaçaqmalçılığı və İsrail lehinə casusluqda ittiham edilməsi barədə İran KİV-lərinin yaydığı məlumatlar əsassızdır.
Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev iyunun 28-də jurnalistlərə açıqlamasında demişdir.
Bu cür xəbərləri yaymaqda məqsədin cəmiyyətimizdə çaşqınlıq yaratmaq olduğunu söyləyən E.Abdullayev bildirmişdir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi həbsdə saxlanılan şairlər - Fərid Hüseyn və Şəhriyar del Geraninin ittiham olunduğu cinayətlərlə bağlı rəsmi Bakıya məlumat verilməsi barədə İran mətbuatında gedən məlumatları təkzib etmişdir. Nə Azərbaycanın İrandakı səfirliyinə, nə də ölkəmizin Təbrizdəki baş konsulluğuna bununla bağlı məlumat daxil olmamışdır.
E.Abdullayev qeyd etmişdir ki, bu cür yalan informasiyalar iki ölkə arasında münasibətlərə mənfi təsir göstərir. İran tərəfinin azərbaycanlı şairlərin taleyi ilə bağlı sorğuya cavab verməməsi ilə əlaqədar olaraq Azərbaycan tərəfi bu gün İrana növbəti notasını təqdim etmişdir. Azərbaycan saxlanılan vətəndaşları ilə görüşün təşkil olunması istiqamətində səylərini davam etdirir. O demişdir: "Bu kimi məsələlər Vyana Konvensiyası ilə tənzimlənir. Biz vətəndaşlarımızla görüşmək üçün əlimizdən gələni edirik".
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında