Niderlandda azərbaycanlı qəhrəmanın abidəsi açılıb

Niderlandın Osterveyk şəhərində bu ölkənin milli qəhrəmanı Məmməd Məmmədovun abidəsinin təntənəli açılış mərasimi keçirilib. Onu Niderlandda həmçinin Medo adlandırırlar. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Niderlanddakı səfirliyinin birinci katibi Elxan Ələsgərov bildirib.
E.Ələsgərov deyib ki, Osterveykdəki küçələrdən birinə Məmməd Məmmədovun adı verilib.
Onun sözlərinə görə, şəhər meriyasının binasında keçirilən mərasimdə Niderland hökumətinin rəsmi şəxsləri, Azərbaycanın bu ölkədəki səfiri Fuad İsgəndərov, Azərbaycanın Zaqatala rayonunun (Məmməd Məmmədov əslən Zaqataladandır) nümayəndə heyəti, Azərbaycan diasporunun nümayəndələri və şəhər ictimaiyyəti iştirak ediblər.E.Ələsgərov demişdir: "Mərasim müqavimət hərəkatında iştirak edən 22 azərbaycanlının taleyi haqqında sənədli filmin təqdimatı ilə başlayıb. Onlar İkinci Dünya müharibəsində Niderlandda əsirlikdə olublar. Məmməd Məmmədov da onların arasında olub.Məmmədovun abidəsinin açılması İkinci Dünya müharibəsində iştirak edən həmyerlilərin taleyinin öyrənilməsi baxımından Azərbaycan xalqı üçün vacibdir. Medonun örnəyi göstərir ki, biz Azərbaycanın Avropa ölkələrində daha yaxşı tanınması üçün əlverişli fon yaradan belə insanların axtarışı sahəsində səylərimizi aktivləşdirməliyik".
Qeyd edək ki, Məmmədov Niderlandın fəxri sakini seçilib. Həmyerlimiz Niderland Kral ailəsinin şərəf qonağı olub, "Oranje Nastau" ordeninə və medallara layiq görülüb. Abidənin açılış mərasimində, həmçinin Məmməd Məmmədovun qızı Nənəxanım Məmmədova iştirak etmişdir.
Osterveyk şəhərinin meriyası və Zaqatala Rayon İcra Hakimiyyəti arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanmışdır.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında