Fransanın nüfuzlu "Le Petit Fute" jurnalında Azərbaycan haqqında məqalə dərc edilmişdir

Fransanın nüfuzlu "Le Petit Fute" turizm jurnalında Azərbaycan haqqında geniş məqalə dərc edilmişdir. Məqalədə Azərbaycanın böyük turizm potensialından ətraflı söhbət açılır.  
Yazıda qeyd edilir ki, Cənubi Qafqazda Xəzər dənizinin sahilində, Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın dünyada nüfuzu sürətlə artır. Son illər Azərbaycanda müxtəlif mötəbər beynəlxalq tədbirlər uğurla keçirilir. Azərbaycan "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etmiş və bu çətin işin öhdəsindən yüksək səviyyədə gəlmişdir.
Azərbaycanda turizmin inkişafı üçün çox böyük imkanların olduğunu vurğulayan müəllif ölkəmizin zəngin mədəniyyəti, qədim Bakı, İçərişəhər, Şirvanşahlar sarayı barədə yazır. Qeyd edir ki, İçərişəhər UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmişdir. Qədim tarixi abidə olan Qız qalası paytaxtın və ölkənin rəmzlərindən biridir. İçərişəhərdəki evlər və karvansaraylar isə qədimliyi ilə diqqəti cəlb edir.
Məqalədə bildirilir ki, Azərbaycan qədim odlar diyarıdır və Bakıda bu adı təsdiq edən xeyli möhtəşəm bina ucaldılmışdır. Paytaxtda müasirlik və qədimliyin çox uğurlu sintezinə rast gəlinir.
Fransız jurnalisti vurğulayır ki, bərpa işləri bu yaxınlarda başa çatmış Bakı Bulvarının gözəlliyi onu heyran etmişdir. Bulvar əsl istirahət guşəsi, bakılıların və şəhərin qonaqlarının sevimli əyləncə məkanıdır. Jurnalist dünyanın heç bir ölkəsində Bakı Bulvarına bənzər məkan görmədiyini bildirir.
E.Kerros Bakıda isti yay günlərinə sərinlik gətirən küləklərin ilin 300 günü əsdiyini də xatırladır.
Yazıda oxucuların diqqətinə çatdırılır ki, Bakıdakı qədim binaların əksəriyyəti XX əsr Avropa memarlıq üslubundan istifadə olunaraq tikilmişdir. Məşhur Bakı milyonçuları Z.Tağıyevin, M.Nağıyevin, M.Muxtarovun, Hacinskinin tikdirdikləri binaların inşasında Fransa, İtaliya və Polşa memarlıq ənənələrindən istifadə edilmişdir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan təbii sərvətlərinin sahibinə çevrilmiş və ölkədə böyük tikinti-quruculuq işləri həyata keçirilmişdir. Bu gün Bakı böyük tikinti meydançasını xatırladır. Şəhərdə müasir binalar tikilir, Heydər Əliyev Mərkəzi isə dünya memarlığının nadir nümunələrindəndir.
Müəllif yazır ki, Azərbaycanın musiqi mədəniyyətində muğam xüsusi yer tutur. Musiqinin bu növünün qorunub saxlanması məqsədi ilə ölkədə xeyli tədbirlər görülür, Beynəlxalq Muğam Mərkəzi tikilib istifadəyə verilmişdir.
E.Kerros Bakının Suraxanı qəsəbəsindəki Yanardağı qeyd edərək xatırladır ki, görkəmli fransız yazıçısı Aleksandr Düma "Qafqaza səyahət" əsərində bu qədim tarixi abidə barədə yazmışdır.
Müəllif vurğulayır ki, Bakının bu yaxınlaradək "Qara şəhər" adlanan hissəsindən indi əsər-əlamət qalmamışdır. Burada Nobel qardaşlarına məxsus ev bərpa edilmişdir və həmin ərazi simasını sürətlə dəyişir.
Məqalədə deyilir ki, dünyanın 800 palçıq vulkanının 500-ü Azərbaycan ərazisində, onların 300-ü isə Qobustanda yerləşir.
Məqalədə Azərbaycanın milli mətbəxi, adət-ənənələri haqqında da məlumat vermişdir. Jurnalist vurğulayır ki, Azərbaycanın Quba, Şəki, Lahıc, Xınalıq və digər bölgələri turizm üçün çox əlverişlidir. Məqalədə Azərbaycan təbiətinin gözəlliklərindən, ölkəmizin görməli yerlərindən də söhbət açılır.
Bakı ilə Paris arasında birbaşa hava əlaqəsinin olduğu qeyd edilən məqalədə Azərbaycanın turizm potensialını əks etdirən rəngarəng şəkillərə də yer verilmişdir.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında