Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyi təsis olunmuşdur

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyi təsis olunmuşdur. Bu münasibətlə iyunun 27-də Tbilisidə tədbir keçirilmişdir. Toplantıda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndə heyəti, Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan icmasının, müxtəlif dini idarələrin təmsilçiləri iştirak etmişlər.
Tədbir Qurani-Kərimdən ayələrin oxunması ilə başlanmışdır.
Qafqaz Müsəlmanları İdarəsi Gürcüstan nümayəndəliyinin rəhbəri Əli Əliyev qeyd etmişdir ki, yeni qurum bu ölkədə rəsmi qeydiyyatdan keçmişdir. Ümidvaram ki, nümayəndəlik Gürcüstanda yaşayan müsəlmanlara xidmət göstərməklə yanaşı, bu ölkədə fəaliyyət göstərən müxtəlif dini idarələrlə səmərəli əməkdaşlıq əlaqələri yarada biləcəkdir. Əli Əliyev qeyd etmişdir ki, bu qurum heç kəsə qarşı yaradılmamışdır, onun qapısı hər kəsin üzünə açıqdır, hamı ilə əməkdaşlığa hazırdır. Gürcüstan vətəndaşları olan müsəlmanlara xidmət, həmçinin Gürcüstan dövlətçiliyinə xidmətdir. Biz çalışacağıq ki, üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələk.
Qafqaz Müsəmanları İdarəsi şeyxinin birinci müavini Hacı Salman Musayev Gürcüstanda belə bir nümayəndəliyin təsis olunmasının mühüm əhəmiyyət kəsb etdiyini demişdir. O qeyd etmişdir ki, bu tədbir Gürcüstan azərbaycanlılarının mənəvi dəyərlərinə sahib çıxması, qorunub saxlanması baxımından da əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi və dəstəyi ilə soydaşlarımızın məskunlaşdıqları xarici ölkələrdə belə qurumlar yaradılır. İlkin olaraq bunun dost, qardaş Gürcüstanda baş tutması sevindiricidir. Ümid edirəm ki, nümayəndəlik üzərinə düşən vəzifənin öhdəsindən şərəflə gələcək, Gürcüstan Patriarxlığı və buradakı digər dini idarələr ilə əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaqdır. Bildirilmişdir ki, nümayəndəlik Gürcüstan dövlətinin qanunlarına hörmət edərək soydaşlarımızın mənəvi ehtiyaclarının ödənilməsində, Azərbaycan-Gürcüstan dostluğunun daha da dərinləşdirilməsində səylərini əsirgəməyəcəkdir. Qeyd edilmişdir ki, Qafqaz Müsəlmanları İdarəsi nümayəndəliyin normal fəaliyyət göstərməsi üçün hər cür kömək göstərməyə hazırdır.
Sonra Hacı Salman Şeyxülislam Allahşükür Paşazadənin Qafqaz Müsəlmanları İdarəsi Gürcüstan nümayəndəliyinin təsis olunması münasibətilə təbrikinin mətnini oxumuşdur. Təbrikdə deyilir: "Azərbaycan və Gürcüstan xalqları və dövlətləri arasında ən qədim dövrlərdən başlayan tarixi dostluq, qardaşlıq əlaqələri bu gün də birgə səylərimizlə ən yüksək səviyyədə davam və inkişaf etdirilir. Qafqaz Müsəlmanları İdarəsi ilə Gürcüstan Pravoslav kilsəsi arasında mövcud əməkdaşlıq da xalqlarımızın mənəvi əlaqələrinin dərinləşməsinə, Qafqazda sülhün möhkəmlənməsinə xidmət etməklə yanaşı, beynəlxalq müstəvidə dinlərarası əməkdaşlığın gözəl örnəyidir.
Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin xalqlarımızın ümumi rifahı, dövlətlərimizin iqtisadi inkişafı, bölgəmizin tərəqqisinə yönəlmiş fəaliyyətlərini dəstəkləyərək, mənəvi əlaqələrimizin də inkişafına verdikləri önəmi, göstərdikləri böyük diqqət və qayğını yüksək qiymətləndirirəm. İnanıram ki, möhtərəm dövlət başçılarımızın bundan sonrakı fəaliyyətləri də qardaş ölkələrimiz arasında mənəvi körpülərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir".
Gürcüstan Patriarxlığının nümayəndəsi Meliksedek Xaçidze belə bir qurumun yaradılmasına görə hər iki ölkənin dövlət başçılarına, dini idarələrin rəhbərlərinə təşəkkür etmiş və əmin olduğunu bildirmişdir ki, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyi xalqlarımızın mənəvi əlaqələrinin daha da möhkəmləndirilməsində xidmətini əsirgəməyəcəkdir.
Hacı İsaq Novruzov nümayəndəliyin rəhbəri Əli Əliyevin Gürcüstanda çoxillik fəaliyyətindən danışmış və bu təşkilatda da səmərəli işləyəcəyinə ümidvar olduğunu bildirmişdir.

{nl}

İslam ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında