Qafqaz Müsəlmanları İdarəsində Almaniyadan gəlmiş bir qrup jurnalistlə görüş olmuşdur

İyunun 10-da Qafqaz Müsəlmanları İdarəsində Almaniyadan gəlmiş bir qrup tanınmış jurnalistlə Azərbaycanda mövcud dini konfessiyaların rəhbərlərinin görüşü olmuşdur. "Redaktion und Alltag" informasiya agentliyinin, "Neue Zürcher Zeitung", "Berliner Zeitung" qəzetlərinin redaktorlarının, WDR, "Deutsche Welle" kimi tanınmış media qurumları ilə əməkdaşlıq edən jurnalistin iştirak etdiyi görüşdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr, Dağ yəhudiləri icmasının başçısı Semyon İxiilov, Avropa yəhudiləri icmasının başçısı Gennadi Zelmanoviç və Bakıdakı katolik icmasının rəhbəri Vladimir Fekete qonaqları Azərbaycanda mövcud dini durumla bağlı məlumatlandırmışlar. Qonaqlar bildirmişlər ki, onların əsas məqsədi Azərbaycan haqqında müfəssəl məlumatları Almaniya mətbuatında yaymaqdır. Azərbaycanın nümunəvi dini mühiti haqqında məlumat verən dini konfessiyaların rəhbərləri müxtəlif milli və dini mənsubiyyətə malik vətəndaşlarımız arasında dostluq və tolerantlıq münasibətlərinin hökm sürməsində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik dövlətçilik siyasətinin və yüksək səviyyəli din-dövlət münasibətlərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışlar. Din xadimləri bu gün də həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar. Dini konfessiya rəhbərləri Almaniyanın sabiq səfiri Klaus Qrevlixin söylədiyi "Azərbaycan dünyaya təkcə neft deyil, tolerantlıq da ixrac edə bilər" fikrini xatırladaraq bununla qürur duyduqlarını bildirmişlər.
Dini icma rəhbərləri Azərbaycanda tarixən ənənəvi dinlərin ardıcılları arasında xoş münasibətlərin mövcudluğunun ölkəmizi dünya miqyasında yüksək səciyyələndirən cəhətlərdən olduğunu bildirmiş və bu dəyərli ənənənin yaşadılmasında nüfuzlu din xadimi - Şeyxülislam Allahşükür Paşazadənin xidmətlərini xüsusi qeyd etmişlər. Görüş iştirakçıları almaniyalı jurnalistləri maraqlandıran sualları cavablandırmışlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında