Belarusun milli bayramı şərəfinə

İyunun 28-də Belarusun Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. 
Səfir Nikolay Patskeviç qonaqları salamlayaraq demişdir ki, cari il Azərbaycan və Belarus arasında ikitərəfli münasibətlərin tarixində xüsusi yer tutur. Bu əlaqələr strateji əhəmiyyət daşıyır və qarşılıqlı etimada əsaslanır.
Səfir Belarus ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində dövlətlərimizin başçılarının rolunu və xidmətlərini xüsusi vurğulamışdır. Diplomat bildirmişdir ki, bu əlaqələr inkişaf edir, daha da dərinləşir.
Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycan Prezidenti İlham Əliyevin adından Belarus xalqını təbrik edərək vurğulamışdır ki, iki ölkə arasında əlaqələr möhkəm təməl üzərində qurulmuşdur, xalqlarımızın dostluğu çoxəsrlik tarixə malikdir. Münasibətlərin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük əhəmiyyəti vardır.
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsinin dəfələrlə artdığını vurğulayan nazir ikitərəfli əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında