Bakı şəhərində və onun ətrafında tikililərlə bağlı məsələ ciddi araşdırılacaq

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncamından irəli gələn məsələlərə aydınlıq gətirmişdir.
"Uzun müddətdir ki, Bakı şəhərində və onun ətrafında tikililərlə bağlı ciddi ajiotaj yaradılıb. Bu ajiotajın bəzi səbəbləri bizə bəllidir - insanlar yaşadıqları yerdən ayrılmaq istəmir, amma müəyyən qismi də subyektiv mülahizələr əsasında ayrı-ayrı qüvvələrin təhriki ilə xüsusi məqsədlər üçün yönəldilərək ajiotaj yaradırlar". Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə sərəncamı şərh edərkən Ə.Həsənov demişdir.
Administrasiya rəsmisi bildirmişdir ki, Bakı şəhərinin ötən onilliklərdə baş planı tamamilə pozulmuşdur:"On, on beş bina tikiləcək məhəllədə daha artıq bina tikilib. İnsanların sayına müvafiq olaraq, yol, su, nəqliyyat infrastrukturları müvafiq qaydada olmalıdır. Şəhərin digər zəruri ehtiyacları üçün meydanlar, parklar, yaşıllıqlar, məktəblər, bağçalar və sair mövcud olmalıdır. Amma ötən qeyd olunan müddətdə bu sistemin hamısı pozulmuşdur. Bunlardan başqa, şəhərdə bütün sənaye əhəmiyyəti kəsb edən torpaqlar, məsələn, neft-qaz yataqları üzərində olan torpaqlar, şəhəri elektrik enerjisi ilə təmin edən aparıcı elektrik xətlərinin altında olan torpaqlar, şəhəri digər zəruri ehtiyaclarla təmin edən böyük boruların və digər infrastrukturların üzərindəki torpaqlar ayrı-ayrı insanlar tərəfindən qanuni, yarı qanuni, yaxud da ki, qeyri-qanuni şəkildə ələ keçirilmişdir. Həmin sahələrdə hakimiyyət orqanlarının bəzi strukturlarının icazəsi olaraq, yaxud da icazəsi olmadan hansısa əyri yollarla evlər tikilmişdir. Bütün bunların aradan qaldırılması da tək Bakı Şəhər İcra Hakimiyyətinin gücü çərçivəsində deyil".
"Komissiya sənədsiz evlərin sənədləşdirilməsini də həyata keçirəcəkmi" sualına cavab verən Əli Həsənov bildirib ki, komissiyada sənədsiz evlərin sənədləşdirilməsinə də baxılacaq:"Əgər insanlar on illərlə orada məskunlaşıb yaşayırsa, onun sənədinin olub-olmaması vəziyyəti heç də yüngülləşdirmir. Söhbət ondan gedir ki, insan orada məskunlaşıb, yaşayır və neçə illərdir ki, oranın sakinidir. Ona görə də bu məsələyə də baxılacaq. Mümkün alternativ variantlar axtarılacaq. Azərbaycan hakimiyyəti üçün əsas maraq vətəndaşların hüquqlarıdır, rifah halıdır, həyat şəraitinin yaxşılaşdırılmasıdır. Qanunlar vasitədir, sadaladığım ali məqsədə xidmət etmək üçün onlar yaradılır. Torpaqlar da insanların ali məqsədinə xidmət etmək üçün boşaldılır. Köçürmələr də buna görə həyata keçirilir ki, ərazidə qalan digər yüzlərlə insan rahat yaşasın. Ona görə də bu sənədsiz evlərin məsələsinə də komissiyada baxılacaq, hakimiyət orqanlarına tövsiyələr hazırlanacaq".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında