Gələn həftə Moskvada Ümumdünya Media Sammiti keçiriləcəkdir

İyulun 4-7-də Moskvada Rusiyanın aparıcı informasiya agentliyi İTAR-TASS-ın himayəsi ilə "Dünya mediaları: XXI əsrin çağırışları" devizi altında Ümumdünya Media Sammiti keçiriləcəkdir.
Təşkilatçılar bildirmişlər ki, Moskva forumu 2004-cü ildə Rusiya paytaxtında Dünya İnformasiya Agentlikləri Konqresində və 2009-cu ildə Pekində Ümumdünya Media Sammitində başlanmış söhbətin davamı olacaqdır. Ümumdünya Media Sammitinin prezidenti, İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko forumun saytında yerləşdirilmiş müraciətində demişdir: "Biz peşəmizin hər birimizin üzərinə böyük məsuliyyət qoyan geniş əhatəli məsələlərini müzakirə etməliyik. Bunlar dünya informasiyasının gələcəyi, olduqca dinamik dünyada onun missiyası, ənənəvi və yeni mediaların münasibətləri, jurnalistlərin təhlükəsizliyi, media mühitində sosial və peşəkar məsuliyyətin önə çəkilməsi, fəaliyyətimizin maliyyə və digər aspektləri kimi böyük və kiçik mövzulardır". Onun sözlərinə görə, Ümumdünya Media Sammitinin keçirilməsi təşəbbüsü Rusiya rəhbərliyi tərəfindən dəstəklənir və forumda Rusiya Prezidenti Vladimir Putinin iştirakı gözlənilir. Sammit ideyası BMT-nin və UNESCO-nun, beynəlxalq media birliklərinin rəhbərliyi tərəfindən müsbət qarşılanmışdır. V.İqnatenko demişdir: "Əminəm ki, sammit qlobal dünyanın artmaqda olan çevikliyi, iqtisadi sarsıntıları, bəzən barışmaz regional münaqişələri ilə birlikdə kütləvi informasiya vasitələri qarşısında qoyduğu qlobal çağırışlara cavabların axtarılması üçün lazımdır. Həmin çağırışlar bizim hamımıza aiddir, onlar planetimizi və bütün bəşəriyyəti dəyişdirir".
Qeyd edək ki, Ümumdünya Media Sammitinə dünyanın aparıcı KİV-lərinin rəhbərləri və bu sahədə nüfuzlu ekspertlər, o cümlədən AzərTAc-ın baş direktoru Aslan Aslanov dəvət edilmişlər.
Forum çərçivəsində "XXI əsrin informasiya çağırışları və dünya KİV-ləri: qarşıdurma və inqilablar şəraitində KİV-lərin rolu", "KİV-lərin iqtisadi böhran şəraitində yaşaması modeli. Dövlətin və biznesin rolu", "Gələcəyin informasiyası: ənənəvi KİV-lərin transformasiyasının əsas meyilləri" mövzularında plenar iclaslar keçiriləcəkdir.
İştirakçılar seksiya iclaslarında "Elektron KİV-lər: modellərin müxtəlifliyi, yoxsa informasiyaya dünya inhisarı?", "Sosial media və internet: kütləvi manipulyasiya, yoxsa cəmiyyətin inteqrasiyası vasitələri?", "Biznes və KİV-lər: tərəfdaşlar, yoxsa sahibkarlar?", "Dəyişən dünyada jurnalist etikası: yol verilən hədd və jurnalistin hüquqları" mövzularını müzakirə edəcəklər. Forum çərçivəsində "Şərq və Qərb: nə üçün dünyanı müxtəlif cür görürük ?" və "Rusiya jurnalistlərin gözü ilə: kənardan baxış qərəzli, yoxsa obyektivdir?" mövzularına həsr olunmuş "dəyirmi masalar" keçiriləcəkdir.
Forumun təşkilatçıları zəngin mədəni proqram və bir sıra digər maraqlı tədbirlər nəzərdə tutmuşlar.

{nl}

Asya HACIZADƏ, AzərTAc -ın xüsusi müxbiri
Moskva

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında