Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın xatirəsi əbədiləşdirilmişdir

İyunun 28-də Türkiyənin Azərbaycandakı səfirliyində 1918-ci ildə ölkəmizin müstəqillik qazanmasında həlledici rol oynamış Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın abidəsi açılmışdır. 
Abidənin açılış mərasimində səfirliyin əməkdaşları, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən türk iş adamları, ictimaiyyət və mətbuat nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Türkiyənin Azərbaycandakı hərbi attaşeliyinin zabiti, kapitan Seçkin Ceylan təqdimatla çıxış edərək Nuri Paşanın həyat və fəaliyyəti, Qafqaz İslam Ordusunun şanlı döyüş yolundan danışmışdır. Bakının həm Azərbaycan, həm də bütövlükdə türk dünyası üçün əhəmiyyətli olduğunu deyən S.Ceylan Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun paytaxtımızı daşnak-bolşevik qüvvələrindən azad etməsini yüksək qiymətləndirmişdir.
Nuri Paşanın 1918-ci ildə ölkəmizin müstəqilliyinin qazanılmasında həlledici rolundan və o dövrdəki siyasi vəziyyətdən bəhs edən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri Nizami Cəfərov, deputat Musa Qasımlı və tarixçi alim Cəmil Həsənli Qafqaz İslam Ordusunun Bakını azad etməsini iki ölkənin birlik və qardaşlığının rəmzi kimi qiymətləndirmişlər. Onlar Nuri Paşanın abidəsinin ucaldılmasını təqdirəlayiq hal hesab etmişlər.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç hər iki ölkənin tarixində xüsusi yeri olan Nuri Paşanın xatirəsinin əbədiləşdirilməsini özünə borc bildiyini diqqətə çatdırmış, mərasim iştirakçılarına minnətdarlığını çatdırmışdır.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında