Naxçıvan Muxtar Respublikası Ali Məclisində akademik Musa Rüstəmovla görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iyunun 10-da görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli akademik Musa Rüstəmov və onun yubiley tədbirlərində iştirak etmək üçün Naxçıvana gələn heyətlə görüşmüşdür.
Qonağı 80 illik yubileyi münasibətilə təbrik edən Ali Məclisin sədri görkəmli alimin Azərbaycanda kimya və neft kimyası elminin inkişafında böyük xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Milli Elmlər Akademiyasının ən vacib elmi müəssisələrindən biri olan Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun indiki inkişaf səviyyəsinə çatmasında yarım əsrdən artıq bir dövrdə burada çalışmış, 1988-ci ildən həmin elmi-tədqiqat ocağına rəhbərlik edən görkəmli alimin mühüm xidmətləri vardır.
Ali Məclisin sədri demişdir: "Siz Yusif Məmmədəliyevdən sonra görkəmli bir elm xadimi kimi neft-kimya sahəsində iz qoyursunuz. İndi isə onun adını daşıyan böyük bir kollektivə rəhbərlik edirsiniz. Belə bir kollektivə rəhbərlik etmək, institutun fəaliyyətini Azərbaycanın maraqları səviyyəsində qurmaq, ekologiyaya töhfə vermək, ölkəmizi dünyada tanıtmaq sizə nəsib olmuşdur. Gördüyünüz işlər aldığınız mükafatlarda öz əksini tapmışdır, həm Azərbaycanda, həm də xaricdə əməyiniz qiymətləndirilmişdir.
Siz Naxçıvan torpağının yetirməsisiniz. Ona görə də 80 illik yubileyiniz Naxçıvanda da qeyd olunur. Naxçıvan həmişə özünün elmə, mədəniyyətə, tarixə, dövlətçiliyə münasibəti ilə seçilmişdir. Biz Naxçıvanın yetirdiyi böyük şəxsiyyətlərlə, elm, mədəniyyət, incəsənət xadimləri ilə, qabaqcıl adamlarla həmişə fəxr edir, qürur duyuruq. Ümummilli liderimizin də söylədiyi kimi Naxçıvan böyük şəxsiyyətlər yetişdirən bir diyardır. Sizin də həyatınız, Azərbaycanda elm sahəsində fəaliyyətiniz bir nümunədir".
Ali Məclisin sədri Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində keçiriləcək yubiley tədbirinin, doğulduğu Ordubad torpağındakı görüşlərin yubilyarın həyatında xoş anlara çevriləcəyinə əminliyini ifadə etmiş, görkəmli alimə bundan sonrakı fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Akademik Musa Rüstəmov son illər Naxçıvanın simasının xeyli gözəlləşməsinin onda xoş təəssüratlar yaratdığını vurğulamış, yubileyinin belə gözəl məkanda - doğulduğu torpaqda qeyd edilməsini muxtar respublikada elmə, təhsilə göstərilən böyük diqqət və qayğının ifadəsi kimi dəyərləndirmiş, yubileyin təşkilinə görə öz minnətdarlığını bildirmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında