Mingəçevirdə Silahlı Qüvvələr Günü qeyd olunmuşdur

"Nur" şəhərində Silahlı Qüvvələr Günü münasibətilə geniş tədbir keçirilmişdir. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bu ərazidəki N saylı hərbi hissəyə getmiş, zabit və əsgərlərlə görüşmüş, sonra bayram tədbirinə qatılmışdır. 
Əvvəlcə hərbi hissənin komandiri, mayor İkram Səfərov qonaqları salamlamış, tədbiri açıq elan etmişdir. Müharibə və Əmək Veteranları Şurası şəhər şöbəsinin sədri Ələm Məmmədov, Şəhid Ailələri Müdafiə Cəmiyyətinin şəhər şöbəsinin sədri Rəna Həsənova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyi şəhər şöbəsinin sədri Nizami Təhməzov ordumuzun yaranmasının 94-cü ildönümü münasibətilə zabit və əsgərlərimizi təbrik etmişlər. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmiş və şəxsi heyətdə fərqlənən bir qrup əsgərə şəhər icra hakimiyyətinin hədiyyəsini təqdim etmişdir.
Qeyd olunmuşdur ki, milli ordumuz ulu öndər Heydər Əliyev tərəfindən qurulmuş və inkişaf etdirilmiş, Prezident İlham Əliyev tərəfindən isə dünya standartları səviyyəsinə qaldırılmışdır. Məhz həmin səbəbdən də bu gün milli ordumuz regionun ən qüdrətli Silahlı qüvvələrindən birinə çevrilmişdir.
Sonra şəhər incəsənət ustaları və rəqs qrupunun iştirakı ilə əsgərlər üçün bayram konserti verildi.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında