Binəqədi rayonunda Silahlı Qüvvələr Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü münasibətilə Binəqədi rayonunda Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində mərasim keçirilmişdir. Mərasimdə ictimaiyyət nümayəndələri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi hissələrin komandirləri iştirak etmişlər.  
Qonaqlar əvvəlcə hərbi hissədə torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər. Sonra hərbi hissənin qərargahında yerləşən muzeylə tanış olmuş, xatirə kitabına ürək sözlərini yazmışlar.
Mərasim iştirakçıları hərbi hissə ilə tanışlıq zamanı yeməkxanada əsgərlərlə birlikdə şam etmiş, sonra kazarma, avtomobil parkı və helikopter meydançası ilə tanış olmuşlar.
Sıra meydanına dəvət olunan qonaqlar önündə hərbi hissə komandirinin müavini Səbuhi Pənahov tədbirə hazırlıqla bağlı raport vermişdir. O, əsgər və zabit heyətini salamlayaraq, onları bayram münasibətilə təbrik etmişdir. N saylı hərbi hissənin komandiri, polkovnik Vurğun Abbasov demişdir ki, 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası hökümətinin qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunun yaratmasına hüquqi əsas verdi. 1991-ci il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan edildi və hər il Azərbaycan xalqı bu günü təntənə ilə bayram edir.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov isə çıxışında Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, inkişafından, ordu quruculuğunda, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır. Bildirmişdir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin inkişafına, ordunun müasir silah və texnika ilə təminatı məsələsinə xüsusi diqqəti sayəsində Azərbaycan Ordusu hazırda bölgənin ən güclü ordusuna çevrilmişdir.
"İdman ili" çərçivəsində və 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə hərbi hissələr arasında keçirilən "Armlestinq" yarışının finalı tədbir iştirakçılarında böyük maraq doğurmuşdur.
Mərasimdə Daxili Qoşunların "N" saylı hərbi hissəsi Xüsusi təyinatlı dəstəsinin nümunəvi çıxışından sonra Silahlı Qüvvələr Günü münasibətilə və hərbi xidmətdə fərqləndiyinə görə rayon ərazisində yerləşən hərbi hissələrdə qulluq edən bir qrup əsgər və zabit, eyni zamanda hərbi hissələr arasında keçirilən "Armlestinq" (qol güləşi) yarışının qalibləri mükafatlandırılmış, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən hərbi hissəyə hədiyyə təqdim edilmişdir.
Sonda tanınmış estrada ulduzlarının iştirakı ilə bayram konserti verilmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında