Səbaillilər cəbhə xəttində

Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri ənənələrinə sadiq qalaraq 26 İyun Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə cəbhə bölgəsində rayonun hamilik etdiyi Tərtərdəki "N" saylı hərbi hissədə əsgər və zabitlərimizin qonağı olmuşlar. Səbaillilər hərbi hissə komandanlığı ilə birlikdə cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti ilə maraqlanmış, maraqlı söhbətlər aparmışlar. 
Sonra qonaqlar kazarmalara, yeni inşa olunmuş yeməkxanaya baxmış və əsgərlərimizin məişət şəraiti ilə yaxından tanış olmuşlar. Səbail nümayəndələri rayondan hərbi xidmətə çağırılmış əsgərlərlə də görüşmüş, onlara məzunu olduqları orta məktəblərin kollektivlərinin salamlarını və hədiyyələrini çatdırmışlar.
Hərbi hissənin şəxsi heyəti ilə keçirilən görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Silahlı Qüvvələr Günü münasibəti ilə hərbçilərimizi təbrik etmiş, onlara məsul və şərəfli xidmətdə müvəffəqiyyətlər arzulamışdır. O bildirmişdir ki, son günlərdə düşmən cəbhənin bir çox istiqamətlərində, o cümlədən bu gün görüş keçirilən hərbi hissənin xidməti ərazilərində atəşkəsi pozmuşdur. Əsgər və zabitlərimizin fədakarlığı nəticəsində düşmənə layiqli cavab verilmişdir.
Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuz üçün yaratdığı şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmışdır. A.Əsgərov işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir. O, əlavə etmişdir ki, bu gün Azərbaycan Ordusu Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir. Dövlət büdcəsindən müdafiə xərcləri üçün ayrılan vəsait ilbəil artırılır və Ermənistanın ümumi dövlət büdcəsini üstələyir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov da əsgərləri bayram münasibəti ilə təbrik etmiş, Vətənin müdafiəsində onlara uğurlar arzulamışdır.
Qonaqlar Səbail RİH-nin və rayon kollektivlərinin sovqatlarını və cəbhə şaraitində vacib olan müxtəlif ləvazimatları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən zabit və əsgərlər Səbail Rayon İcra Hakimiyyətinin hədiyyələrilə mükafatlandırılmışlar.
Hərbi hissə komandanlığının nümayəndəsi şəxsi heyətin xidməti və döyüş hazırlığı, bu gün cəbhə xəttində yaranmış şərait barədə məlumat vermişdir. O, Səbail Rayon İcra Hakimiyyəti rəhbərliyinə bayram şənliyinin təşkilinə görə minnətdarlığını bildirmiş, bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərdə ruh yuksəkliyi yaratdığını vurğulamışdır.
Sonda respublikamızın tanınmış incəsənət ustaları döyüşçülərimiz üçün bayram konserti vermiş, istedadlı əsgərlər də öz məharətini göstərmişlər.
Bayram münasibəti ilə xidmətdə fərqlənən 6 əsgər 10 günlük məzuniyyətlə mükafatlandırılmış və səbailli qonaqlar onları evlərinə çatdırmışlar.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında