Azərbaycan Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edilməsi haqqında qərar qəbul etmişdir.
"Dövlət tərəfindən mühafizə edilməli olan mədəniyyət və arxeologiya abidələri siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.
"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edilmişdir.
Nazirlər Kabineti "Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti üzrə müvafiq təşkilatların balansına verilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 14 sentyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişikliklər edilməsi barədə qərar qəbul edilmişdir.
Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı"nda dəyişikliklər edilməsi barədə qərar qəbul edilmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda, həmçinin AzərTAc-ın www.azertag.com internet resursunda tanış olmaq mümkündür.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında