Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü münasibətilə Çində mərasim keçirilmişdir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü münasibətilə Pekində mərasim keçirilmişdir.
Çin hökumətinin yüksək vəzifəli şəxslərinin, bir sıra ölkələrin Pekindəki səfirlərinin, hərbi attaşelərinin, diplomatların, bu ölkədə yaşayan və təhsil alan soydaşlarımızın iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səslənmişdir.
Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov ölkələrimiz və xalqlarımız arasında tarixən mövcud olan dostluq münasibətlərinin hazırda daha da möhkəmləndiyini diqqətə çatdırmışdır. Dinamik inkişaf edən, regionda lider dövlət olan, beynəlxalq aləmdə nüfuzu artan Azərbaycanda ordu quruculuğu prosesinin prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdıran səfir L.Qəndilov ölkələrimizin bu sahədə də əməkdaşlığının əhəmiyyətini vurğulamışdır.
Azərbaycanın Çindəki hərbi attaşesi Nurulla Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, inkişafından, ordu quruculuğunda, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır.
Bildirilmişdir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin inkişafına, ordunun müasir silah və texnika ilə təminatı məsələsinə xüsusi diqqəti sayəsində Azərbaycan Ordusu bölgənin ən güclü ordusuna çevrilmişdir. Bu gün ordumuz Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək qüdrətinə malikdir.
Hərbi attaşe Çin tərəfinə beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini daim dəstəklədiyinə görə minnətdarlıq etmişdir.
Sonra Azərbaycan Silahlı Qüvvələrinə həsr olunmuş film nümayiş etdirilmişdir.

{nl}

Şahin CƏFƏROV AzərTAc-ın xüsusi müxbiri
Pekin

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında