XIX əsrdə çap olunmuş "Müqəddəs Yavangeliya" dini kitabının qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınmışdır

Azərbaycan gömrükçülərinin həyata keçirdikləri tədbirlər nəticəsində iki qaçaqmalçılıq faktının qarşısı alınmışdır.
APA-nın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan istiqamətindən "Yalama" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan 55 saylı "Bakı-Moskva" qatarının 14-cü vaqonuna keçirilmiş gömrük baxışı zamanı həmin vaqonun bələdçisi, Rusiya vətəndaşı Andreyev Yuriy Viktoroviç tərəfindən gömrük bəyannaməsində göstərilməyən, XIX əsrin 2-ci yarısında köhnə rus əlifbası ilə çap olunmuş dini məzmunlu, tarixi əhəmiyyət kəsb edən 1 ədəd "Müqəddəs Yevangeliya" ("Svəhennaə Evanqeliə") kitabı aşkar olunub.
Biləsuvar Gömrük İdarəsinin sərhəd buraxılış məntəqəsində isə İrandan piyada gələn Azərbaycan vətəndaşı Ceyhun Əsgərovun üzərində aparılmış şəxsi yoxlama zamanı onun ayağındakı tərliklərin sağ tayının üst tərəfində dəridən olan lentlərin bir-birinə keçən hissəsindən, lentlərin arasına yapışdırılaraq gömrük nəzarətindən gizlədilmiş, xalis çəkisi 1,04 qram olan həşiş qətranı aşkar edilərək götürülüb.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında