Binəqədi rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd edilmişdir

Binəqədi Rayon İcra Hakimiyyəti dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirmişdir. Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, son vaxtlar bu sahədə əldə olunmuş nailiyyətlərdən, dövlət qulluqçularının cəmiyyətdəki yeri və rolundan, onların hüquq və vəzifələrindən söz açmışdır.
Ümummilli lider Heydər Əliyevin ixtisaslı kadrların hazırlanmasına, o cümlədən dövlət idarəçiliyində yüksək ixtisaslı kadrların önə çəkilməsinə xüsusi diqqətlə yanaşdığını bildirən natiq bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Başçı bildirmişdir ki, Azərbaycanda dövlət qulluğunun gündən-günə təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən biridir. Dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə hazırlanıb qəbul edilmiş "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunudur. Məhz bu qanunun qəbulundan sonra Azərbaycanda əvvəlki partiya nomenklaturu sistemindən tamamilə fərqlənən müasir dövlət qulluğu ənənələri formalaşmağa və təşəkkül tapmağa başlamışdır.
Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-ü Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alan dövlət başçısı İlham Əliyev 2006-cı il 25 may tarixli sərəncamı ilə hər il iyunun 23-nün Azərbaycan Respublikasında Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd edilməsinə qərar vermişdir.
Tədbirdə dövlət qulluqçularından Əzizağa Məmmədov, Səmayə Seyidova, Mübariz Məmmədov və başqaları çıxışlarında bildirmişlər ki, ulu öndər Heydər Əliyevin ənənələrini və siyasi xəttini ardıcıllıqla davam etdirən Prezident İlham Əliyev dövlət qulluğunun müasirləşdirilməsi üçün müntəzəm tədbirlər görür, müasir dünyanın tələblərinə cavab verən idarəetmə sisteminin yaradılmasını ən mühüm vəzifələrdən biri kimi qarşıya qoyur.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında