Milli Məclisin bir qrup deputatı və ictimaiyyətin nümayəndələri cəbhə bölgəsində olmuşlar

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü ərəfəsində Milli Məclisin bir qrup deputatı və ictimaiyyətin nümayəndələri Beyləqan və Xocavənd rayonları ərazisində xidmət edən əsgərlərlə görüşmüşlər. 
Milli Məclisin sədr müavini Bahar Muradova, deputatlar Flora Qasımova, Gülçöhrə Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və başqaları əvvəlcə Xocavənd rayonunun ərazisində ön xəttə xidmət edən əsgər və zabitlərimizin vəziyyəti, yataq, yemək, döyüş şəraitləri, ordunun texnika və avadanlıqları ilə, o cümlədən Azərbaycan istehsalı olan silahlarla tanış olmuş, işğal altındakı ərazilərimizi və düşmən mövqelərini müşahidə etmişlər.
Qonaqlar əsgərləri bayram münasibətilə təbrik etmiş, onlarla birgə çay içərək, səmimi söhbət etmişlər. Əsgərlər onlarla görüşə gəlmiş Milli Məclisin deputatlarına və ictimaiyyət nümayəndələrinə qızıl gül dəstələri təqdim etmiş, minnətdarlıqlarını bildirmişlər. Qeyd edilmişdir ki, hərbi hissədə keçirilən bu cür görüşlər düşmənlə üz-üzə xidmət edən hərbçilərin ruh yüksəkliyinin artmasında böyük rol oynayır.
Ön xətdə xidmət edən iki əsgərin valideynin də hərbi hissəyə gəlişi əsgərlər üçün ən böyük bayram hədiyyəsi olmuşdur. Valideynlər Şəlalə Əhmədova və Sahibə Eminova əsgərlərin xidmət və məişət şəraitindən razı qaldıqlarını və övladlarının ön xətdə xidmət etməsindən qürur duyduqlarını bildirmişlər.
Qonaqlar daha sonra Beyləqan rayonu ərazisindəki "N" saylı hərbi hissəyə gəlmişlər. Əsgərlər qarşısında çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova, deputatlar Flora Qasımova, Gülçöhrə Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova onları Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmiş, çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışlar. Bildirmişlər ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda böyük irəliləyiş, inkişaf baş vermişdir. Hazırda dövlətimizin başçısı tərəfindən ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Azərbaycan ordusunun bugünkü durumu, maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi əhval- ruhiyyəsi onu deməyə imkan verir ki, ordumuz düşmənin bütün təxribatlarının qarşısını almağa, istənilən ekstremal vəziyyətdə qarşıya qoyulan vəzifəni yerinə yetirməyə, işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
Natiqlər əsgərləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və işğal altındakı torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini bildirmişlər.
Qonaqlar əsgərlərlə birgə nahar etmişlər. Hərbi hissəyə bayram sovqatı təqdim edilmişdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında