Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 11 126 nəfər təşkil edir

İyunun 23-ü Azərbaycanda Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis olunmuşdur. 
Ölkəmizdə yeddinci ildir ki, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər. Dövlət qulluqçuları bir çox sahələrdə olduğu kimi pensiya təminatında da xüsusi imtiyazlara malikdirlər. Demək lazımdır ki, dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşlarına uyğunlaşdırılır.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, 2012-ci il aprel ayının 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda Dövlət qulluqçusu kimi pensiya alanların sayı 11 126 nəfər təşkil edir. Belə pensiyaçıların ancaq 67,2 faizi yaşa görə pensiya alanlardır. Pensiyaçıların 23,1 faizi əlilliyə görə, 9,7 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Qeyd etmək lazımdır ki, dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 338,2 manatdır. Fonddan həmçinin bildirmişlər ki, 2012-ci il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 275 630 nəfər təşkil edir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında