Dövlətçiliyə sədaqət amalı

Ölkəmizin hər yerində olduğu kimi, ucqar Yardımlı rayonunda da Azərbaycan dövlətçiliyinin qorunub möhkəmləndirilməsində xidmətləri olan məmurlar çoxdur. Onlardan biri də uzun illərdən bəri rayon icra hakimiyyəti aparatında çalışan, dövlətçiliyə sədaqəti ilə daim seçilən Zakir İmanovdur.
Ölkədə ağır ictimai-siyasi böhranın hökm sürdüyü, bütün sahələrdə xaos və anarxiyanın baş alıb getdiyi 90-cı illərin əvvəllərində xalq nicat yolunu görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Müdrik rəhbərin ünvanına çoxlu məktub və teleqramlar göndərilir, vətənpərvər insanlar onu təkidlə Azərbaycan rəhbərliyinə dəvət edirdilər.
Məşhur "91-lər"in tarixi müraciətindən dörd ay əvvəl Yardımlıdan Naxçıvan MR Ali Məclisi sədrinin ünvanına belə bir məktub daxil oldu: "Hörmətli Heydər bəy! Sizə-azəri türklərinin dünya şöhrətli ağsaqqal rəhbərinə sonsuz məhəbbət və hörmətimi bildirmək istəyirəm. Həyata ümidimizi itirdiyimiz anda güvənc yeri kimi Sizə baxırıq. Belə ağır məqamda Sizin kimi rəhbərə xalqımızın böyük ehtiyacı var. Millətimizin xilası Sizdədir. Yardımlı rayonunun Ostair kəndindən Zakir İmanov".
Sonralar bu məktub "Qayıdış. 1990-1993-cü illər" kitabında da çap olundu. Zakir müəllim xalqımızın ümummilli lideri Heydər Əliyevə müraciət edəndə rayon icraiyyə komitəsində məsul vəzifədə çalışırdı. Bundan xəbər tutan "bəylər" onu xeyli incitdilər, işdən azad etdilər.
Zakir İmanov ixtisasca filoloqdur. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Doğma kəndində müəllim kimi əmək fəaliyyətinə başlamış, sonralar müxtəlif məsul vəzifələrdə çalışmışdır. Hər zaman da vəzifə borcunu ləyaqətlə yerinə yetirmişdir. 1993-cü ildə ulu öndər siyasi hakimiyyətə qayıdandan sonra o da layiqli yerini tutmuş, xalqa, dövlətə xidmətini davam etdirmişdir. On ildən çoxdur ki, rayon icra hakimiyyəti aparatında ümumi şöbənin müdiridir. İşgüzarlığı, insanlara həssas, qayğılı münasibətilə seçilir. Vətəndaş müraciətlərinə vaxtında və obyektiv baxılmasında onun əməyi xüsusilə böyükdür.
O, bir neçə il rayon ağsaqqallar şurasının sədri olmuşdur. Hər hansı bir məqamda ağsaqqal kimi sözünü deyir, obyektivliyi ilə tanınır və sevilir.
Dövlət qulluqçularının peşə bayramı ərəfəsində Zakir İmanovun 60 yaşı tamam olmuşdur. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bu münasibətlə onu təbrik etmiş, idarəetmə sahəsində zəngin təcrübəsi olduğunu, gənc kadrlara nümunə göstərdiyini, dövlətçiliyimizə sədaqətlə xidmət etdiyini bildirmişdir. Uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Zakir İmanov Fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır. Tədbirdə çıxış edənlər Zakir müəllimin yüksək insani və peşəkar keyfiyyətlərindən danışmışlar.
O, bu gün də gənclik həvəsi ilə çalışır, dövlətçiliyimizə sədaqətlə xidmət göstərir.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında