Dövlət Sərhəd Xidməti mətbuat xidmətinin məlumatı

"Azadlıq" qəzetinin 2012-ci il 21-22 iyun tarixli nömrələrində Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yeni inşa olunmuş yaşayış binasındakı mənzillərin yaşayış üçün yararlı olmayan vəziyyətdə sərhədçilərin istifadəsinə verilməsi barədə əsassız, həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar yayılmışdır. 
Bununla əlaqədar bildiririk ki, "Eurovision-2012" mahnı müsabiqəsi başa çatdıqdan sonra qeyd olunan binadakı mənzillər yaşayış üçün tam yararlı vəziyyətdə sərhədçilərə təhvil verilmişdir və mənzillərdə təmirlə bağlı hər hansı çatışmazlıq yoxdur. Ərazidə olan obyektlərin sökülməsi isə planlı surətdə həyata keçirilir və yaşayış binasının qarşısının abadlaşdırılması məqsədi daşıyır.
Daxil olmuş informasiyanın həqiqətə uyğunluğunu dəqiqləşdirmədən, məsələyə Dövlət Sərhəd Xidmətinin münasibətini öyrənmədən bu cür məlumatın yayılmasını qərəzli münasibət kimi qiymətləndiririk.
"Azadlıq" qəzetinin yuxarıda göstərilmiş nömrələrində dərc olunmuş məqalələrin Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzuna xələl gətirməsini əsas götürərək tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı mühafizəsi məsələlərinə göstərilən xüsusi diqqət və qayğı sayəsində son illər ərzində Azərbaycan Sərhəd Mühafizəsinin dinamik inkişafı təmin olunmuş, sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir.
Dövlət Sərhəd Xidmətinin zabit və gizir heyətinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində də mühüm işlər görülmüşdür. Təkcə 2011-ci ildə hərbi hissələrdə 1288 mənzil inşa edilərək şəxsi heyətin istifadəsinə verilmişdir. Cari ilin sonunadək isə daha minədək mənzilin inşasının yekunlaşdırılması nəzərdə tutulmuşdur.
Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti onlara göstərilən yüksək qayğıdan qürur duyur və diqqətini Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı mühafizəsinə yönəltmişdir.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında