AMEA-da ölkə ərazisinin geodinamik vəziyyəti müzakirə edilmişdir

İyunun 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında ölkə ərazisinin müasir geodinamik vəziyyətinə dair mətbuat konfransı keçirilmişdir. 
Tədbirdə AMEA-nın Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə Qafqazın və Xəzər dənizinin əhatə etdiyi yer qabığında baş verən ən son proseslərdən danışmışdır. Akademik bildirmişdir ki, Azərbaycanın geodinamik şəraitinin ən son durumu barədə "Springer" nəşriyyatının nüfuzlu "Natural Hazard" elmi jurnalında "Kinematics of the Caucasus near Baku, Azerbaijan" (Şərqi Qafqaz, Bakı ətrafının kinematikası) adlı məqalə dərc olunmuşdur. Məqalənin müəllifləri Azərbaycan və ABŞ alimləridir. ABŞ alimləri R.Reylinger və Mayk Floyd ölkənin Massaçusets Texnoloji İnstitutunun (MTİ) xəbərlər saytına mövzu ilə bağlı müsahibə vermişlər. Təəssüf ki, müsahibədə deyilənlər Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində yanlış şərh edilmiş və ölkədə güclü zəlzələnin gözlənildiyi bildirilmişdir. Halbuki həmin müsahibədə aydın şəkildə yazılmışdır: "It doesn't take a gigantic earthquake" ("bu, çox güclü zəlzələnin baş verəcəyi demək deyil"). Bu isə əhalidə həyəcana və elm cəmiyyətinin narazılığına səbəb olmuşdur.
A.Əlizadə qeyd etmişdir ki, məqalədə alimlər gərginliyin artmasından söhbət açırlar. Bu, o demək deyil ki, sabah zəlzələ olacaqdır.
Konfransda qeyd edilmişdir ki, ABŞ və Azərbaycan alimləri Kür ovalığının şimalında (Böyük Qafqaz sıra dağlarının cənub yamacında) və Abşeron yarımadasının cənubunda yer qabığının deformasiyaya uğradığını müşahidə etmişlər. AMEA-nın Geologiya İnstitutu ilə ABŞ-ın Massaçusets Texnoloji İnstitutu mütəxəssislərinin 1998-ci ildən başladıqları kosmik tədqiqatların hazırkı mərhələsinə görə, həmin ərazilərdə böyük gərginlik toplanır.
Bildirilmişdir ki, bu ərazilərin geodinamik vəziyyəti Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, bp, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi və digər aidiyyəti təşkilatların mütəxəssisləri ilə müzakirə edilmişdir.
AMEA-nın Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin rəhbəri, professor Fəxrəddin Qədirov Azərbaycan və ətraf ərazilərdə aparılan tədqiqatlardan söz açaraq demişdir ki, Ərəbistan plitəsi Qafqaz ərazisini sıxır və deformasiyalara məruz qoyur. Odur ki, Azərbaycanın şərqində, daha dəqiq desək, Bakı ətrafında yer qabığında deformasiya enerjisinin toplanması prosesi müəyyən edilmişdir.
Məqaləyə gəlincə, F.Qədirov vurğulamışdır ki, müəlliflər zəlzələ proqnozu vermirlər. Orada sadəcə GPS monitorinqinin nəticələri əsasında Abşeron yarımadası və ətrafında güclü enerjinin toplandığı qeyd edilir. Burada müşahidə edilən gərginliyin zəlzələlərə səbəb olacağını söyləmək bu gün mümkün deyildir.
Tədbirdə, həmçinin mütəxəssislər məsələ ilə əlaqədar yanlışlığa yol verən yerli kütləvi informasiya vasitələrinə elmi hadisələrdən yazarkən dəqiq olmağı, cəmiyyətdə təşviş yaratmamağı tövsiyə etmişlər.

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında