Almatı-Bakı aviareysini yerinə yetirən təyyarənin qəza enişi etməsi ilə bağlı rəsmi açıqlama verilib

"Air Astana" şirkətinin Bakı ofisi bu gün Almatı-Bakı aviareysini yerinə yetirən təyyarənin qəza enişi etməsi ilə bağlı açıqlama yayıb.
Ofisdən "APA-ECONOMICS"ə verilən açıqlamada bildirilir ki, "Airbus A320" təyyarəsi ilə yerinə yetirilən uçuş zamanı təyyarənin arxa yük yerində tüstülənmə baş verməsi səbəbindən siqnalizasiya işə düşüb.
Təhlükəsizlik texnikası qaydalarına uyğun olaraq yaxınlıqdakı Şımkent aeroportuna eniş barədə qərar qəbul olunub. Təyyarə yerli vaxtla saat 11:20-də Şımkent aeroportunda eniş edib. Dərhal sərnişinlərin təyyarəni tərk etməsi təmin olunub, yüklər isə boşaldılıb. Yük yerinin sonunda tüstülənmənin mənbəyi müəyyən olunub və söndürülüb. Bu, içində tibbi preparatlar olan çanta olub.
İnsident zamanı sərnişinlərə və təyyarəyə heç bir zərər dəyməyib. Hazırda hadisənin səbəbləri araşdırılır. Şımkentə mühəndislərdən ibarət qrup göndərilib. Sərnişinlər bütün zəruri prosedurlara riayət olunmaqla Bakıya göndəriləcək.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında