Ümidsiz erməni anasının fəryadı

İyunun 20-də Azərbaycan Dövlət Teleqraf Agentliyinə- AzərTAc-a 14 yaşlı erməni oğlan David Davityandan məktub daxil olmuşdur. Təhsil almaq istəyən oğlan bu yolla qarşısına qoyulan maneələrlə mübarizə apara bilmir və Ermənistanın hüdudlarından kənarda kömək axtarır. Ermənistanda hüquqları kobud şəkildə pozulan uşaqlardan biri olan David beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərə, o cümlədən Azərbaycana yardım üçün müraciət edir. 
İyunun 22-də AzərTAc-a Davidin anası Felmira Davityandan məktub daxil olmuşdur. Məktubda ümidini itirmiş ana müxtəlif dövlətlərin rəhbərlərindən, o cümlədən Azərbaycan hökumətindən, humanist aksiyaları ilə təkcə Azərbaycanda deyil, dünyada məşhur olan Heydər Əliyev Fondundan, ombudsmandan, kütləvi informasiya vasitələrindən, qeyri-hökumət təşkilatlarından yardım istəyir.
Erməni qadını yalanın, böhtanın, satqınlığın milli siyasətin bir hissəsinə çevrildiyi, ədalət və həqiqət mübarizlərinin həbs olunduğu Ermənistan adlanan bir dövlətdən onu xilas etməyi xahiş edir. Ümidini itirmiş erməni anası yazır: "Məni 300 dollar rüşvət almaqda şərlədiklərinə görə 666 gün həbsxanada saxlamış və hər cür təhqirlərə məruz qoymuşlar. Məni bu cəhənnəmdən, həbsxanasında 666 gün zillət çəkdiyim bu dövlətdən xilas edin! Mən yalnız sivil ölkələrin köməyi ilə azad edildim. Azad olunsam da mənə daha 666 gün ölkədən çıxmaq qadağan edilmişdir. Mənim yeddi kitab müəllifi olan istedadlı oğlumun təhsil almaq hüququndan məhrum edildiyi ölkədən bizi xilas edin. Əgər bizə bu ölkədən çıxmağa icazə verilməzsə, o, bundan sonra da təhsil ala bilməyəcəkdir. Uşaq erməniçilikdən qorxur və erməni məktəbinə getmir. Ermənilər deyirlər ki, türklər erməni kitablarını yandırmışlar. İş o yerə çatmışdır ki, 30 il erməni millətinə dərs demiş filoloqun oğlu dərsliklərini yandırmış və erməni məktəbinə getmək istəmir. Uşaq Ermənistandan başqa hər hansı başqa ölkədə məktəbə getmək arzusundadır. Mən bu dövlətdə işləmək və yaşamaq istəmirəm. Bağışlaya bilmirəm! Bizi qorxu və şantaj içərisində saxlayırlar. Bizi bu dövlətdən xilas edin! Erməni ədalət məhkəməsi qurma rüşvətə görə bizi təhqir etdi və var-yoxumuzu əlimizdən aldı. Əgər mən bu korrupsiyalı dövlətin rüşvətxor vətəndaşıyamsa, onda niyə mənə ölkəni tərk etmək qadağan olunmuşdur?! Əgər mən getsəm, ölkə rüşvətxordan azad olar. Mən bu dövlətdə cinayətkaram, mənim yeganə cinayətim erməni doğulmağımdır. Halbuki, mən artıq özüm də inanmıram ki, mən erməniyəm. Yalandan, oğurluqdan, böhtandan, qətllərdən, sadizmdən, satqınlıqdan, kannibalizmdən ibarət erməni mədəniyyətini öz mədəniyyətim hesab etmirəm. Bu dövlət mənim və mənim övladımın hər şeyini oğurlayaraq, bizi aclığa məruz qoyur. Əgər 666 gündən sonra biz möcüzəli şəkildə sağ qalsaq, bizi onsuz da öldürəcəklər. Üstəlik qatillərimizin özlərini müdafiə etdiklərini iddia edib onlara bəraət qazandıracaqlar. Hər dəqiqə bizə böhtan ata bilərlər. Düşünürəm ki, mənə ölkədən çıxmağa nə üçün icazə verilmədiyi aydındır. XİLAS EDİN!!!".
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında