Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur.
İclasda Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin 2012-ci il 27 yanvar tarixli sorğusu əsasında Cinayət-Prosessual Məcəllənin 107.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 47-ci maddəsinin I və II hissələrinə, 60-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin I, II və IX hissələrinə, 79-cu maddəsinə, 125-ci maddəsinin VII hissəsinə, 127-ci maddəsinin II və VIII hissələrinə, 149-cu maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Babayevin məruzəsini, sorğuverən və cavabverən orqanların nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.4-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğun hesab edilsin.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.4-cü maddəsində nəzərdə tutulmuş cərimənin tətbiq edilməsi əsaslarının məhkəmə müdafiəsi təminatı və hüquqi müəyyənlik prinsipləri baxımından təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında