Transmilli şirkətlərdə ixtisarlar gedir

Bu ilin ilk aylarından etibarən iqtisadi böhran və digər iqtisadi amillər səbəbindən dünyanın onlarla ölkəsində fəaliyyət göstərən transmilli şirkətlərdə ümumilikdə 71 min iş yeri ixtisara düşüb. 
Müxtəlif istehsal və xidmət sahələri üzrə ixtisaslaşan transmilli şirkətlərdən ixtisarlarla bağlı ən pis vəziyyət texnologiyalar istehsalı və satışı ilə məşğul olan kompaniyalarda müşahidə edilib. Nəhəng texnologiya istehsalçısı olan HP, Nokia və Sony şirkətləri ən çox ixtisarlara məruz qalan transmilli şirkətlər hesab edilir.
Bundan əlavə, kameraların istehsalı üzrə ixtisaslaşan Olimpus, əczaçılıq məhsulları istehsal edən Novartis AG və Unilever şirkətləri, habelə İsveçin SKF AB şirkəti də ixtisarlardan yan qaça bilməyib. Siyahı təkcə bu şirkətlərlə məhdudlaşmır: kompyuter avadanlıqları istehsalçıları Logitejh International və Wind Power, eləcə də mobil rabitə operatoru Verizon Wireless də bu il çoxsaylı ixtisarlarla üzləşiblər. Maliyyə xidmətləri sahəsində Royal Bank of Scotland, aviasiya sahəsində isə Lufthansa geniş ixtisar planı qəbul edib.

{nl}

Aida AYSA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında